elnur valeh - dəli şair lyrics
[bənd 1 : dəniz firudinli ]
mən dəli misralara məna gətirən sözəm
mən mənə dərdin danışan insan üçün əzizəm
ümidləri dalğalarla sahilə göndərirəm
mən sevənlərin mənə dərdin bölüşən dənizəm
məhəbbətlə yaşayan varlıqlara şahidəm
göz yaşı ilə yazılan ayrılıqlara şahidəm
məndə ümidlər və arzular ölü doğulublar
bəxtsiz adamların bəxt üzükləri boğulublar
[bənd 1 : elnur valeh ]
sən dəniz mən dənizlə dərd bölüşən dəli
gecə sahildə dalğalarla sevişən dəli
dəli şair dərdə düşüb dənizlə dərdləşir
qaranlıqda nur axtarır dərdə düşən dəli
səndən əsən küləklər ilə isinir ruhum
səninlə qəmlənir, səninlə sevinir ruhum
qarə buludlar görünür sahildən səndə
düşür qaranlıqlara zülmət geyinir ruhum
[ nəqərat : elnur valeh, dəniz firudinli ]
qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür
[bənd 2 : dəniz firudinli ]
mən o qədər tək qalanlara şahid olmuşam
ayrılıq hissin daşıyan qəlblərə dolmuşam
mənim də sahil ilə aramda ayrılıqlar olub
ayrılıq sözündən usanmışam yorulmuşam
çox görüşür mənimlə sevinci bölən aşiqlər
bəzən hirslənir mənə qəmdən gələn aşiqlər
sahilim mənim dəli şairlərə meydandır
məndə dərd dolub neçə eşqdən ölən aşiqlər
[bənd 2 : elnur valeh ]
gör nə qədər sevənlərin göz yaşı var səndə
sevgilərin məzarı var baş daşı var səndə
sənə dərinliklədən qələm nə yazsın ki
arzularla bitən bir ömrün yaşı var səndə
gəlir dalğalar sahil ilə qovuşur+qovuşur
burada bir nəfər ağlayır tənhalıqla vuruşur
deyir məhəbbət yoxdur üsyan edir dənizə
qəlbi qırıq dəli şair sənə səndən danışır
[ nəqərat : elnur valeh, dəniz firudinli ]
qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür
qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə
olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər
nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz
görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür
Random Lyrics
- damjonboi - never stop lyrics
- beny jr - senzei lyrics
- serengeti - opening act lyrics
- vernon stephens (vernon) - killer lyrics
- william fitzsimmons - amsterdam lyrics
- lucio corsi - nel cuore della notte lyrics
- tlf - sois content pour moi lyrics
- taller canario - aquí no pasa nada lyrics
- the great north - curl interrupted adventure lyrics
- astrxnaut - brotha respect (skit) lyrics