elvin nasir - dəli lyrics
sözləri:
ağılım çıxıb başdan, nə ağıl var, nə də baş…
daha üzmür məni qəmlər ki, çəkmiş əlini fələk
mənim heç vaxt olmayıb bu qədər təbəssümüm
sən demə, gülümsəyirsən bitəndə arzu dilək
görəsən, xoşbəxtlik üçün dəli olmaqmı gərək?
elə üsyan eləyirdim ki, bütün dünyaya
ki, nədən canıma onlar bu qədər dərd salmış?!
əvvəllər üzülürdüm gedənlərin arxasınca
indi isə vecimə deyil, kim getmiş, kim qalmış
kimilər ölüb gedib, ya da kimlər qocalmış
görəsən, xoşbəxtlik üçün dəli olmaqmı gərək?
sevgidən can yanmır, heç bir kədərin yox
bir ömür tərk eləyir, gözlərinin yaşı səni
dərdin yox, zülmün yox, heç bir qəhərin yox
o qədər şirindir həyat, qram da zəhərin yox
ağıllı başda fikir çoxdu, xəyal çoxdu yaman
bir dəfə dəli olsan, dərd də gəlir şirin sənə
ağılın başda olanda olmursa aldanmaq
bəs necə eşq şərabından süzülüb irin sənə?
bu həyat birini gizlədir, danışır birini sənə
görəsən, xoşbəxtlik üçün dəli olmaqmı gərək?
bəzən, bir dəqiqə ömürdən bir ömür yeyir
kimlər ki, dəli etmiş bizləri, onlar sonradan
allah kömək olsun, bu da, yazığdı deyir
ən gözəl şairlər, dəlilikdən yazır şeir
bəşər övladı əzəldən dəli olmuş deyəsən
yoxsa öldürməz idi, qabil o vaxt qardaşını
sağ ikən dərdinə həmdəm olmayan insanlar
öləndə qucaqlayıb, yalıyırlar baş daşını
dəli bizlər deyilik, onlar itirmiş başını
görəsən, xoşbəxtlik üçün dəli olmaqmı gərək?
bəli, məcnun dəlidir, leyli də hətta dəlidir
ağılın bitdiyi yer, dəli olmaqsa əgər
dəli olmaq ağılın nöqtəsinin əvvəlidir
və bütün eşqi+məhəbbətlər onun cədvəlidir
görəsən, xoşbəxtlik üçün dəli olmaqmı gərək?
ağıllı olanların, qan gölündə batmış əli
dəlidən ziyan olmaz, dəlidən yoxdu xələl
günah ağılla işlənər, de, indi kimdir dəli?
dəlidən doğru xəbərdir, bu, mahnı mən biləli
Random Lyrics
- malveaux - scores lyrics
- debbie mcclendon - my song lyrics
- cnco - fuego lyrics
- jovana tipšin - narandža lyrics
- lija (pol) - komplikacje lyrics
- netilove - 24 lyrics
- kara (deu) - rabbit hole lyrics
- canals - nunca fuí 1 santo lyrics
- arvad - снишься (dreaming) lyrics
- grandi (swe) - childhood dreams lyrics