azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elvin nasir - səni kim üzdü qadın? lyrics

Loading...

sözlər :
səni kim üzdü qadın,yoxdu gülüşlərin
bəlkə də ölmüşdün ən xoşbəxt günündə sən
saçında dən,duyğuların pərəm pərəm
göz yaşıyla yanağlarına düşdü qadın
səni kim üzdü qadın?
həyatın səhnəsindən atılmısan bir qırağda
hönkür hönkür ağlıyırsan bəlkə də heç duyan yoxdu
elə bil körpə uşağ tək gələndə hər bir dərd
ağrıların şiddəti ilə dodağlarını büzdü qadın?
səni kim üzdü qadın?
göz yaşın yastığa axmış
bəlkə də saf qəlbin uşağlığınçün darıxmış
istəyin biraz sevgi istəyin biraz qayğı
bu həyat xəyallarını parçalayıb tən ortadan kəsdi qadın
səni kim üzdü qadın susma biraz danış mənə
axı dərdin kədərin bil ki xeyli tanış mənə
danış bəlkə hər cümlən şeirimə bir qafiədir
bəlkə danışdığın həyat kitablarda yazılmamış
ən ağrılı faciədir yaza bilməz heç kimsə
məni boş ver nəysə,dərdini tazələmə
gələndə soyuq boran birdəfəlik
mən bilirəm çox çətindir qış ömrünü yaz eləmək
sənə pərvaz eləmək yaraşarmış səmalarda
əgər ki ruhunu basdırmasaydılar məzarda
qalarmıydın ahu zarda yox məncə? get dincəl
ki bayaq gördüm mən həyat sənin badənə
qəm süzdü qadın
səni kim üzdü qadın? axı sən çox zərifsən
zahirin eyni bəlkə,içində müxtəlifsən
göyərib bütün bədən,ağrılar bəlkə yorur
bu nə cür şiddətdir,sənə kim zərbə vurur
səni kimlər incidir sonra əməllərini danır
bəlkə də öz canın öz bədənindən usanır
kor oldu gözüm sənin içində qəlbinmi yanır?
bu nə cür tüstü qadın,səni kim üzdü qadın?
nəqarət
yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək
keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək
içində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən
səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən

səni kimlər üzmüş qadın
saça dənlər düzmüş qadın
yenə götürüb dərdini qəmini
bu həyatdan küsmüş qadın

səni kim üzdü qadın?ərinmi,qardaşınmı?
bəlkə evləndiyin tarix yazılıb baş daşında
5 yaşında nazlı dəcəl bir qız idin
indi kədərdən qocalmısan görürəm mən düz 35 yaşında
daşımaq çox çətindir sən dözən hər dərdi qadın
bu qədər dərdə dözən zəif deyil nərdi qadın
qəlbinə batan nədir,çəkil çıxardım
qanayır çıxardıqca istəmirəm baxım bəlkə zəhərli xəncərdi qadın
bu soyuq tərdi qadın sənə baxanda qanım donur
gözüm dolur ağlamıram güclə tutmuşam özümü
səni ancaq yatağda görən şərəfsizlərə
nifrətlə tüpür,göstər mərd üzünü
götürüb qəm közünü at günəşin ortasına
yansın qoy gecələr bir günün günortasında
kədərin kölgəsində sərinləmək olmaz ki
o kölgə qaranlığın vahiməsindən gələn bir izdi qadın
səni kim üzdü qadın? axı sən çox zərifsən
zahirin eyni bəlkə,içində müxtəlifsən
göyərib bütün bədən,ağrılar bəlkə yorur
bu nə cür şiddətdir,sənə kim zərbə vurur
səni kimlər incidir sonra əməllərini danır
bəlkə də öz canın öz bədənindən usanır
kor oldu gözüm sənin içində qəlbinmi yanır?
bu nə cür tüstü qadın,səni kim üzdü qadın?
yenə ruhunu aparıb candan dünya zülmətlərə qərq edəcək
keçmişdən dərdlər gələcək,səni həm bugün həm sabah incidəcək
içində dərdin dağ kimidir ya da sən dərdə dözən dağ kimisən
səni incitməy qadağandır axı sən çox körpə uşağ kimisən

səni kimlər üzmüş qadın
saça dənlər düzmüş qadın
yenə götürüb dərdini qəmini
bu həyatdan küsmüş qadın
.



Random Lyrics

HOT LYRICS

Loading...