epi - əkbər novruzlu lyrics
[verse 1:]
ayıldım və siqaretdən bir tüstü dartdım
əkbəri öldürüb sevdiyim epini yaratdım
mən epi olub əsl fame’in ən sərtini daddım
çıxdı sonra dostlarımın əksəriyyəti satqın
yüksəyə qalxmağım sənə sərf eləmirdi
mən hər şeyi sənin kimi dərd eləmirdim
qaldığımı sandız amma mən yenə gedə bildim
və azrap bapbalaca uşağı mərd edə bildi
emin ali çağıranda getdim ona sərf elədi
tibu düz deyirdi:”epi özünü orada məhv elədi”
emin ali:”səni mən qaldırmışam” deyəndə anlamışdım
eon liga’ya çıxmağımla doğrudan səhv elədiç
x’in ilk konsertinə gedənlərdən bir nəfər mənə
bileti kazım pul tapıb almışdı bir təhər mənə
hüseyn dərayını biz basdırdıq siz yox id’iz orda
çıxıb dəstəkdən danışmasın bir nəfər mənə
götür qoy edib yazdım epinin ədəbiyyatını
doğrudan istədim bilsinlər ki,epi ədəbiyyatdır
əkbərin salam verməkdən çəkindiyi qızların hamısı ilə epi yatdı
[techmad,……,……..]tək örnəkdir[?]
o vaxt bu uşaqları yığdım başıma rap öyrətdim
sonra sual verdim:”bəs rap bizə nə öyrətdi?”
rap mənə dost qazandırdı,öyrətdi ki,rap tək ölməkdi
tonqal qalamışdıq walker’lə dağın başında
soyuqdan qalmamışdı bircə qram ağıl başımda
bizi dostluğumuz isidirdi yanılmasınlar
o vaxt çox çalışdımki,uşaqlar dağılmasınlar
məlun,okaber ilə oturmuşduq dönər yeyirdik
bilmirdim çox sevinəcəm,bu qəflətən olacaq
məlun mənə baxdı:”elə#belə gələrsən” dedi
okaber:”gəlməsin#dedi#o mənlə səhnədə olacaq”
epi susdu öz içinə sakit olub əsdi
ayıldım və dedimki:”axı bu deyilsən,bəsdi!”
çörək kəsdiyimiz uşaqlar yıxa çıxdı səssiz
çörək kəsdiyimiz bıçaqla dostluğumuzu kəsdik
söyəsən sevgi hissin gəlmişinə keçmişinə
rap’i seçdim,deyildim gələcəyi heç düşünən
atam axşam:”yat” deyib yatdığımı sanırdı
mən isə baxırdım gizlincə “mən də varam” verilişinə
sizin məhləyə gələn asfaltın üstündən
minlərlə maşın keçir neçə adam görsənir
mənim üstümdən bir dəfə sən keçmisən
amma asfalt məndən cavan görsənir
[verse 2:]
dəyişmişəm,yoxdur ağlamaq hissi
açıqlamaq soyuqdur və lakin bağlamaq isti
verilən dəyərləri əllərində saxlamaq riski
dəyər verib itirmək doğrudan balqabaq hisdir
atam:”dostlarını düzgün seç,yanılma” deyir
dostlarımda sağolsun hər birisi boş yanımda veyil
“soyuq boş şeydir” sözünü insan peç yanında deyir
allaha nə vaxt dua eləmişəm açığı heç yadımda deyil
yadıma düşür rap işinə girişdiyim vaxtlar
natiqi al yanına düşüb feat işləyib partlat
problemsiz həyat yoxdur düz izləyin axmaq
əla idi balaca qabdan süd içdiyim vaxtlar
təbim üçün bəs eləyir nərimanov və bir lays
nə qədər çox qazansam da olmayacam bill gates
prima’m var yəni yoxdur görkə üçün xs
içmək üçün gözəl vaxtdır,ölmək üçün pizdes
dünyada sülh yoxdur,axtarırsan sayıb
pulun yoxdur deyə ata yanında ağlayırsan cayıl
dünyada sülh yoxdur,boşuna yaşlanırsan ayıl
təcili ölməliyəm və sən məni anlamırsan dayı!
həyat əslində asılı deyil nə səndən,nə məndən
həyatımda düşməndir məqsəddən,ərdəm
əgər o biri tərəfdə varsa cənnət,cəhənnəm
mən axıra qədər gələrəm sənlə,cəhənnəm
çox oldu səhv edənlər,çox oldu inciyən
adam olsaydı onlar qalardı indiyə
məndə o vaxt həvəsliydim:”sadiq olun birliyə”
jayko,omen olmasaydı yıxılmışdım indiyə
istəyirəm gedim lap əvvələ silim səhvləri
kiçik yaşda gərilmişdi bütün sinir səthlərim
bu yolda yıxılacağımı anlamışdım
hamının içində üzümə narkoman deyəndə sinif rəhbərim
səninlə var əslində ortaq bir nöqtəm
susub susub yaradırıq qorxaq bir görkəm
əynimdə rəngi qəribə çox dar bir köynək
istəyirəm qucaqlaşıb vodkayla ölmək
bu dolu beynimdən fışqırırsa tək cüt filiz
rap olmadan yaşamaq doğrudan məni üçün kriz
yaradıb azrap’də qoyacamsa hər gün bir iz
düz yanımda olmalıdır mərdümgiriz
azrap başa düşmür,dediklərimi yozur
yozur yozsun onların əllərinə vermərəm bir kozur
anam demişdiki:”ancaq yaxşı uşaqlara qoşul”
xəbəri yoxdur onun oğlu indi yaxşıları da pozur
18 yaşım tamamdır,ağ düşübdü saçıma
rap deyirəm baxan deyir ki:”yaraşmır atam yaşına”
əgər yaxşı yol istəsəm mənim üçün yol istər açılar
əvvəl polis olmaq istəyirdim,indi polisdən qaçıram
Random Lyrics
- beny jr - kawasaki lyrics
- axel garcia - shine in the dark lyrics
- wendy moten - i ain't never lyrics
- especimen - tecnología lyrics
- neotyró x - my girl lyrics
- j. sula - at last, a piano lyrics
- kiddo toto, louta & bhavi - scoco lyrics
- אלון עדר - bo'ee nehama - בואי נחמה - alon eder lyrics
- a2 - take you lyrics
- jrkellyrocks - pizza-time.mp3 lyrics