azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

epi - 120 lyrics

Loading...

başlanğıc sözlər:

2020+ci il sentyabrın 27+i
120 minaatan batareyasıyla füzulinin aşağı kürd mahmudlu kəndindən döyüşə girmişik. bizlə axıra qədər döyüşüb, geri dönməyən bütün uşaqların xatirəsinə… bütün şəhidlərimizin xatirəsinə…

verse lyrics:

“120” ilə müharibəyə başladım
düşünürdük ki, təlimdir, baş qatır
mən əsgərin gözündə yaş tapıb
anladım əsgərlik, müharibə başqadır

gülürdüm, yaşayanda anladım
mən yaraları qaşıyanda anladım
dərk eləmirdim harada olduğumu
sonra şəhid daşıyanda anladım

bir adam zəifdir, bir adam güclü
bu abu+havayada bir aya düşdük
gəldiyimiz gün səhv yola girdik
maşında uşaqlar minaya düşdü

soyuqda, şaxtada necə dayanırdıq
zülmət qaranlıqda gecə dayanırdıq
10 nəfərə 1 tikə əti bölürdük
amma “doydum” deyirdik, biz ona inanırdıq
sanki o yağışda yağırdı mənə
bürküdən gəlirəm ağırdı mənə
mərmidən üstümə tullanan zabit
ana əmanəti kimi baxırdı mənə

yaxınımda bombalar partlayırdı
yanımızda çox uşaqlar ağlayırdı
atırdıq, erməni ölürdü
sevincdən hamı bir+birini qucaqlayırdı

hamı ölümü belə yox sayırdı
sanki tanrı sınağa çəkib yoxlayırdı
torpağa getməyi gözləyən uşaqlar
hər gün torpaqda yuxulayırdı

qaçanlar yolların azdılarki
bilə+bilə qəbrini qazdılarki
soruşsan tarixi bilməyən uşaqlar
elə bir tarix yazdılarki

xarı bülbül solmasaydı
bu ağır günlər olmasaydı
gözüm olanlara dolmasaydı
mənim yanımda uşaqlar olmasaydı

mən ölmüşdüm…
sanki bunların hamısını öncədən yuxumda görmüşdüm…
çoxdan ölmüşdüm, mən ölmüşdüm
mən ölmüşdüm
hamı dua eləyəndə ümidin işıqları sönmüşdü…
sanki bunların hamısını öncədən yuxumda görmüşdüm…
mən ölmüşdüm, mən ölmüşdüm
çoxdan ölmüşdüm, mən ölmüşdüm…



Random Lyrics

HOT LYRICS

Loading...