azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

epinrmnv - başdanxarab 3 lyrics

Loading...

(yeey! bu həyat çox bombadı, qaqaş, ətağa, ayıb olsun, ayıb olsun, hamınızı salamlıyıram, e p i, iki min nə bilim ala neçədirsə, inşallah, allahın izniylə. deyir, qaqaş, biri yaxındı, biri yaddı, biri durdu, biri yatdı, qaqaş, bunun özü də bir istedaddı. gör e, gör şair nə deyir…)

[bənd]
biri yaxın, biri yad, dərdinmi milyard?
“pc” başı “gta 5”ik, axşamüstü bilyard
hamının başı dəyişir, dəyişdikcə “линия”
hərə bir bucağa eləyirsə “движения”

sən baxırsan şokolada karamel olaraq
adam var ki, yaxşı gəlir bu gün karate onlara
adam var ki, birin sevir, sona qədər gedir
amma iki dənə “civi”si var paralel olaraq

başa salardım, bilmirəm heyif ermənicə
indiki cavanların elədiyi kayf deyil, məncə
həyat sənə arxasını döndərirsə, “bratka”
ona barmaq eləmək elə də ayıb deyil, məncə

saralmış bulutkalar, bu “рызла” satan butkalar
bu söz aparan “мутка”larla boşa gedir sutkalar
dolu+dolu “сумка”larla qaldırılır “румка”lar
paxıllığından acıq edib bizə baxır “сука”lar

meşə yandı, bircə dənə qaldı meşəbəyi
meşəbəyi öyrənib bizə “yaxşı” deməyi
sürdüyümüz “bmw”ləri altı yerə dəyir
amma çətin görəsən epinin ağzı yerə dəyir (yey!)

bu günlər açılmırsa, dünəni sıxırıq
bu gün ağlayanmı qazanır, ya gülənmi yıxılır?
musiqisiz həyatımız, sükut dolu yaşayış
“aux”u olmayan taksilərdə ürəyim sıxılır

paxıl, yerinə qaxıl, daxıla yaxın baxır
yaxın+yaxın danışıb, cibinə edir axın
ayağına taxın, çünki hərə bir cür baxır
ala, baxmağına baxır, amma baxır necə baxır

tərs nəsildən əmbəsil, danışır gic+gic hər fəsil
epinin əsər bəstəsi, küləyin kəsər əsməsi
tez+tez batır əsəbdən səsim, əsəbdən səsim
çünki kütlə edir adamı əsəb xəstə

elə gün yoxdur ki, atam məni danlamaya
mənsə uzanıb baxıram hər gün özüm damdan aya
abırdan danışanların birində yoxdur haya
“bratka”, elə “volna”dayam, yoxdur məni bu tusada anlamayan

volvo kimi + ölsəm, ayaq üstəyəm
həyat – ölüm+qalım, incə calaq üstdəyəm
pul üçün yalan deyir bu, ancaq düz deyən
çox olub keçəl olub, parik taxıb, daraq istəyən

indi azrep oxşayır sənə, ya epi kimidir
epi rep deyir, sən də çalış epi kimi de
qaqaşın təvəllüdü 2002+dir
deyirəm cibindəki 2000+in kiminkidir?

düşün azından, qurtul yanındakı pazından
başını qatıb “puzzle”la aranı cır ən azından
yazmadığın bəlli olur o əl yazından
“marjinalam, marjinal” + deyib ölürsünüz acından

pələng içib, şir uyur, fil uluyur, it uyur
sənə oxşayır bir suyu, bu hissi bizlə bir duyun
pələng içib, şir uyur, fil uluyur, it uyur
rep düşdüyüm bir quyu, bu hissi bizlə bir duyun

party çıxışım var idi, muzzi olmadı
qızı konsertə çağırdım, papparazi olmadı
dedim “səni götürüm, gedək şəhərdəki evə”
qız rus dillidir, mənə deyir “papa razi olmadı”



Random Lyrics

HOT LYRICS

Loading...