azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

epinrmnv - epi kimdi? lyrics

Loading...

[nəqərat]
dostun biri keyfiyyətli çıxır biri zay
məni də içi təmiz adamların biri say, ay
tanımadınızmı məni? + mənəm “e pi ay”
tanrı güc verdi ki, mənə + repi yay, ay

dostun biri keyfiyyətli çıxır biri zay
məni də içi təmiz adamların biri say, ay
tanımadınızmı məni? + mənəm “e pi ay”
tanrı güc verdi ki, mənə + repi yay, ay

[bənd 1]
qızı gördüm eşqin dindi
izləyicisi beş yüz mindir
sən qıza mesaj yazdın
mən yazdığını sildim!

o qız mənlə birdir
onun evi + evimdir
mən bunlara sahibəm
soruş: epi kimdi?!
epi kimdi?! (ey)

özünə sual ver birincidən
reytinqə baxanda birinci mən
hansı ki, səni çox incidən
sənə hörmət edər “tolik” bilən
ala, nə olsun bu yolda “bugatti”sən?
ağsaqqalam, tuninq qolunmuş “011”əm
mən yolun bilən
repin dəlidir, repim dəqiq dəli
repini dərin qatı
qırıb töküb barikatı
qarabağ atına rəqib təlim atır

oxumamısan heç təlimatı
azrap+də niyəsə panikadır
baxırsan yarısı əsl rep eliyir
yarısı şəhərdə “bariqa”dır

başa düşməmisən hələ
epi kimdir?! əzizim
küçələrdə əl izim
keçərək küçə dəhlizin

düşüb dəniz qırağına
izləyirəm dənizi
bizə narkoman deyənlər
biz xəzər qədər təmizik

100$+a ətir aldım qoxusu xoşuma gəlmədi
neçə qadınla birgə oldum
çoxusu xoşuma gəlmədi
epi təzə track yazıb
eşitmisiniz uşaqlar?
nəqarəti çox bombadır
“verse”ü xoşuma gəlmədi
qızı gördüm eşqin dindi
izləyicisi beş yüz mindir
sən qıza mesaj yazdın
mən yazdığını sildim!

o qız mənlə birdir
onun evi + evimdir
mən bunlara sahibəm
soruş: epi kimdi?!
epi kimdi?!

[bənd 2]
epi nərimanovda it döyüşdürür
qızları görüşünə çağırır amma
yanına da getmir görüş günü
egomdan soruş görüşümü
mən söyürəm söyəndə söyüşümü
başın qaçıb, ala, dəlisən sən?!
bakı gözləyir mənim geri dönüşümü

yazarsan + on min qazanmaq + “homie”
epi burda təbii ki, qazanır
yazırıq, yazarıq yazmağına
bu cəmiyyətdən nə kimi yazarıq?
xəstəsi çoxalır, həkimi azalır
rüşvəti qürurlu, vəkili qazanır
nə itib azzarın bu ölkədə?
ən yaxşı peşədir – “nəsimi bazarı”
eşqdə yandı, kimi kəndir asdı
divar qalmadı bütün kəndi yazdım
məcnun leyliyə baxıb “ахуйат” eliyir
mesaj döşüyür, amma leyli yazmır
reper çoxdu “hater” azdı
bizə 1 gün bəsdir, sizə 5 gün azdır
köhnələr köhnəlib heçnə yazmır
hansı ki, deyirlər sizə rap mirasdır

sizdə reytinq azdır, sizdə reytinq azdır
bizdə cem yılmazdır, sizdə selfinazdır
həyatım futboldur eybim pasdır
ala, oynaya bilsəydin eyib olmazdı
mənim meylim bassdır, bunu xeyli yazdı
bu bir etirazdır, daha ehtirastlı
onun beyni pasdır
vəziyyət necədir?!
köhnə hamamdır, “brat”, eyni tasdır

[nəqərat]
dostun biri keyfiyyətli çıxır biri zay
məni də içi təmiz adamların biri say, ay
tanımadınızmı məni? + mənəm “e pi ay”
tanrı güc verdi ki, mənə + repi yay, ay

dostun biri keyfiyyətli çıxır biri zay
məni də içi təmiz adamların biri say, ay
tanımadınızmı məni? + mənəm “e pi ay”
tanrı güc verdi ki, mənə + repi yay, ay



Random Lyrics

HOT LYRICS

Loading...