azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

eyyub yaqubov – azərbaycan lyrics

Loading...

[bənd 1]
azərbaycan – qayalarda bitən bir çiçək
azərbaycan – çiçəklərin içində qaya
mənim könlüm bu torpağı vəsf eyləyərək
azərbaycan dünyasından baxar dünyaya
mənim könlüm bu torpağı vəsf eyləyərək
azərbaycan dünyasından baxar dünyaya

[nəqərat]
azərbaycan mayası nur, qayəsi nur ki
hər daşından alov dilli ox ola bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
füzulinin ürəyinə toxuna bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
ana yurdun ürəyinə toxuna bilər

[keçid]
azərbaycanım – ruhum, həm canım
azərbaycanım – ruhum, həm canım

[bənd 2]
oğulları kür gəzdirər biləklərində
oğulların göz atəşi gözəl əridir
azərbaycan səhərinin bəbəklərində
qütb ulduzu, dan ulduzu gözəlləridir
azərbaycan səhərinin bəbəklərində
qütb ulduzu, dan ulduzu gözəlləridir
[nəqərat]
azərbaycan mayası nur, qayəsi nur ki
hər daşından alov dilli ox ola bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
füzulinin ürəyinə toxuna bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
ana yurdun ürəyinə toxuna bilər

[keçid]
azərbaycanım – ruhum, həm canım
azərbaycanım – ruhum, həm canım

[bənd 3]
illər olub kürələrdə dəmir olmuşuq
sərhədlərdə dayanmışıq küləkdən ayıq
od gölündə, buz çölündə gəmi olmuşuq
biz bakının ilk səadət carçılarıyıq
od gölündə, buz çölündə gəmi olmuşuq
biz bakının ilk səadət carçılarıyıq

[nəqərat]
azərbaycan mayası nur, qayəsi nur ki
hər daşından alov dilli ox ola bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
füzulinin ürəyinə toxuna bilər
“azərbaycan!” deyiləndə ayağa dur ki
ana yurdun ürəyinə toxuna bilər
[çıxış]
azərbaycanım – ruhum, həm canım
azərbaycanım – ruhum, həm canım



Random Lyrics

HOT LYRICS

Loading...