faiq ağayev - marş - çağırış lyrics
[bənd 1]
səsimə səs versin vətən elləri
kükrəyib, bəndləri yıxmaq vaxtıdır!
yurduma uzanan qara əlləri
dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır!
yurduma uzanan qara əlləri
dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır!
vətən oğulları düşmənə sipər
vətənsiz yaşamaq ölümdən betər!
desinlər “savaşda öldü, bəxtəvər!”
murovdan göyçəyə baxmaq vaxtıdır!
[nəqarət]
haydi, misri+qılınc! haydi, koroğlu!
haydi, bu torpağın igid, nər oğlu!
yenilməz vətənin hünərvər oğlu
hazır ol səfərə çıxmaq vaxtıdır!
hazır ol səfərə çıxmaq vaxtıdır!
[bənd 2]
həsrət qırx qızımın qəddini əyib
bülbülün köksünə güllələr dəyib
qəzəbi, nifrəti şimşək eləyib
düşmənin başına çaxmaq vaxtıdır!
qəzəbi, nifrəti şimşək eləyib
düşmənin başına çaxmaq vaxtıdır!
biz halal yemişik duzu+çörəyi
allah yerdə qoymaz haqqı, əməyi!
bayrağa döndərib qanlı köynəyi
şuşa qalasına taxmaq vaxtıdır!
[nəqarət]
haydi, misri+qılınc! haydi, koroğlu!
haydi, bu torpağın igid, nər oğlu!
yenilməz vətənin hünərvər oğlu
hazır ol səfərə çıxmaq vaxtıdır!
hazır ol səfərə çıxmaq vaxtıdır!
haydi, misri+qılınc! haydi, koroğlu!
haydi, bu torpağın igid, nər oğlu!
yenilməz vətənin hünərvər oğlu
hazır ol səfərə çıxmaq vaxtıdır!
hazır ol səfərə çıxmaq vaxtıdır!
hazır ol səfərə çıxmaq vaxtıdır!
Random Lyrics
- sappy sweet - впасть в (fall into) lyrics
- policarpo 318 - matanza lyrics
- lewie junior - stages lyrics
- laycon - verified lyrics
- danieltidwell14 - the ballad of supposed rebels lyrics
- fmb dz - walking dead lyrics
- acidman - susy lyrics
- hazey haze - this is my city lyrics
- acidman - 静かなる嘘と調和 (shizuka naru uso to chouwa) lyrics
- proto-kaw - lay down lyrics