![azlyrics.biz](https://azlyrics.biz/assets/logo.png)
faiq ağayev - qayıt, qayıda bilsən lyrics
[bənd 1]
sevən kövrək ürəyim
yaman xəyala dalıb
qərib bir durna kimi
azıb, qatardan qalıb
nəqarətsiz nəğmətək
sözüm ürəkdə qaldı
həzin axan bulaqlar
hicran nəğməsi çaldı
[nəqərat]
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
[bənd 2]
keçdiyimiz yolları
inan, unutmamışam
aylar, illər ötsə də
yadımdadır son axşam
sınadım neçəsini
sevdim tək bircəsini
söylə, necə unudum
ayrılıq gecəsini?
[nəqərat]
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
[bənd 3]
elə bil əllərinlə
söndürdün günəşimi
bu vida gedişinlə
apardın gülüşümü
ulduzlar düzüm+düzüm
hansıdır bəxt ulduzum?
göylərdə çəkil gözüm
hər dərdə vardır dözüm
[nəqərat]
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
qayıt, qayıda bilsən
taleyimdən getmisən
görüşümə gəlməsən
yuxuma gəlməlisən
Random Lyrics
- elysanij - coquito y banana (en vivo) lyrics
- styx - too much time on my hands [regeneration i and ii] lyrics
- mat and savanna shaw - you matter to me lyrics
- nato feto - partirò lyrics
- musicaz producer - get it lyrics
- obladaun - bad gay lyrics
- ulaş aydın - sevginiz aynı, maskeniz farklı lyrics
- isabel varell - das haus am rand der stadt lyrics
- tovaritch - booska poutine lyrics
- verh0vny1 - сука хочет lyrics