flora kərimova - ilahi lyrics
[bənd 1]
mənim üçün nə ölüm var, nə olum
qopan teləm bir rübabdan, ilahi
apar məni, dərgahında qul olum
qurtar məni bu əzabdan, ilahi
ocaq çatdım dodağımda, əlimdə
səndən uca söz olmadı dilimdə
pay görmədim doğradığın dilimdə
nə təzədir, nə xarabdır, ilahi?
[nəqərat]
qurtar məni bu əzabdan, ilahi
qurtar məni iztirabdan, ilahi
qurtar məni əziyyətdən, ilahi
qurtar məni məşəqqətdən, ilahi
[bənd 2]
daha məndə nə ismət var, nə həya
gözüm düşüb cənnətdəki almaya
qul kimi də yaranmadım, olmayam
niyə belə yubadırsan, ilahi
yaradanda demişdin ki, sürüyüm mən
bir dənəyəm yerdə gəzən sürümdə
yığ üstümə, nəyin varsa, ərinmə
məşəqqətdən, iztirabdan, ilahi
[nəqərat]
qurtar məni bu əzabdan, ilahi
qurtar məni iztirabdan, ilahi
qurtar məni əziyyətdən, ilahi
qurtar məni məşəqqətdən, ilahi
[keçid]
insanlara “mənimsiniz” demişdin
‘’xəlq etdiyim bəndəmsiniz’’ demişdin
bir bədbəxtə “əzizimsən” demişdin
bu gündədir nə səbəbdən, ilahi?
[nəqərat]
qurtar məni bu əzabdan, ilahi
qurtar məni əziyyətdən, ilahi
qurtar məni iztirabdan, ilahi
qurtar məni məşəqqətdən, ilahi
Random Lyrics
- y’s (jpn) - boasting lyrics
- bllaine - grey lyrics
- tuana tetik - alaaddin lyrics
- $akura $lam - youdie lyrics
- paper anthem - scald lyrics
- badsome - want it lyrics
- vera harlot - velvet veil lyrics
- ridon roger - ombra del pueblo lyrics
- пробел (probel) (rus) - пока (bye) lyrics
- nineb youk - härifrån lyrics