azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

flora kərimova - mən həmişə səninləyəm lyrics

Loading...

[bənd 1]
könül ki var, gah açılır, gah tutulur
kim deyir ki, sevgi sönür, unudulur
könül ki var, gah açılır, gah tutulur
kim deyir ki, sevgi sönür, unudulur

“unut” demə, sevən dil yox, ürəyimdir
dilə nə var? dildə hər şey asan olur
“unut” demə, sevən dil yox, ürəyimdir
dilə nə var? dildə hər şey asan olur

[bənd 2]
ovçun olub mən kəsərəm məqbərəni
mən gəzərəm o dərəni, bu dərəni
ovçun olub mən gəzərəm məqbərəni
mən gəzərəm o dərəni, bu dərəni

qaçıb girsən otağına, külək olub
səhər+axşam mən döyərəm pəncərəni
qaçıb girsən otağına, külək olub
səhər+axşam mən döyərəm pəncərəni

[nəqərat]
istərəm ki, simə dönüb mən inləyəm
öz könlümü nəğmələrlə sənə deyəm
güman etmə, məndən qaçmaq asan olar
onu bil ki, mən həmişə səninləyəm
güman etmə, məndən qaçmaq asan olar
onu bil ki, mən həmişə səninləyəm
[bənd 3]
dağa qalxsan, buludlara dönərəm mən
yerə ensən, yağış olub enərəm mən
dağa qalxsan, buludlara dönərəm mən
yerə ensən, yağış olub enərəm mən

nəğmə olub bir dodaqda çiçək açsan
kaman olub səsin üstə dinərəm mən
nəğmə olub bir dodaqda çiçək açsan
kaman olub səsin üstə dinərəm mən

[nəqərat]
istərəm ki, simə dönüb mən inləyəm
öz könlümü nəğmələrlə sənə deyəm
güman etmə, məndən qaçmaq asan olar
onu bil ki, mən həmişə səninləyəm
güman etmə, məndən qaçmaq asan olar
onu bil ki, mən həmişə səninləyəm



Random Lyrics

HOT LYRICS

Loading...