flora kərimova - nə bəxtiyardıq lyrics
[bənd 1]
gül bağçalar arasında qoşa gəzdik
axşamadək yorulmazdıq, inciməzdik
bulud ötər, ulduz axar, biz baxardıq
nə bəxtiyardıq
ay dolandı, il dolandı, ötdü zaman
son baharda aramızı kəsdi duman
o günləri xatırlaram, xatırlaram
nə bəxtiyardıq
[nəqərat]
ey alovlu günlərim
qəlbimdə yurd salan
sevincim, kədərim
ah, nələri, nələri tapdım, itirdim
eh, nələri, nələri tapdım, itirdim
[bənd 2]
hərdən+hərdən o günlərim düşür yada
şana tellər zaman+zaman ağarsa da
illər ötür, o günləri xatırlaram
nə bəxtiyardıq
[nəqərat]
ey alovlu günlərim
qəlbimdə yurd salan
sevincim, kədərim
ah, nələri, nələri tapdım, itirdim
nələri, nələri tapdım, itirdim
ey alovlu günlərim
qəlbimdə yurd salan
sevincim, kədərim
ah, nələri, nələri tapdım, itirdim
ah, nələri, nələri tapdım, itirdim
tapdım, itirdim
tapdım, itirdim
Random Lyrics
- viktor ullmann - wie ist die nacht lyrics
- akasia sandler - break you back lyrics
- ismael rivera - yumbo agua taña oh! lyrics
- klô pelgag - le goût des mangues lyrics
- tay20k - ruki20k lyrics
- f9x3rol - покойник (deceased) lyrics
- هبة طوجي - min elli byekhtar - مين اللي بيختار - hiba tawaji lyrics
- gabel - drog mwen lyrics
- 天野りんね (rinne amano) - 明日はサンデー (tomorrow is sunday) lyrics
- raqbaby - daytonas lyrics