azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

fredy dizzy - role model lyrics

Loading...

[səs yazısı]

sabahın xeyir
sən niyə yatmırsan a bala?
sənə yuxu dərmanı almaq lazımdır

[nəqarət: fredy dizzy]

solmadım, alınmasa da heç bir işim yorulmadım
arzumun dalıyca axdım durulmadım
amma heç olmadım role model
insanlar gülüb keçdi
mən heç birin duymadım
doymadım, öyrənməkdən yenilik heç zaman durmadım
özümü ən sonuncu yola da qoymadım
çalıb həm oynadım, dolmadı cibim
amma yenə də heç kimi soymadım

[bənd 1: fredy dizzy]

ey, həyat davam edir sanki nağıl
kimin əqli geri qalıb o da verir ağıl
gedib baxın, dolu daxıl boş beyin
nəysə axır sən olursan cana yaxın
o isə olur ən paxıl
sən isə dağıl dünya
dörd tərəfində sülh vardı guya
hür müqavimət hamısı röya
yaşayacam nə qədərdi ömür
mən yatanda anam gəlib alnımdan öpür
alınırsa götür xislətimi üstümdən
onu da üzdüm mən
anam küsdü məndən ilk tüstümlə
ümid edirəm ki, bağışladı
illərin işsizliyi var üzərimdə, çalışmadım
çox şükür ki, valideynlərim bunun üstə danışmadı
çünki, insanlar düşünür ki, adamlıq maaşladı
[nəqarət: fredy dizzy]

solmadım, alınmasa da heç bir işim yorulmadım
arzumun dalıyca axdım durulmadım
amma heç olmadım role model
insanlar gülüb keçdi
mən heç birin duymadım
doymadım, öyrənməkdən yenilik heç zaman durmadım
özümü ən sonuncu yola da qoymadım
çalıb həm oynadım, dolmadı cibim
amma yenə də heç kimi soymadım

[bənd 2: fredy dizzy]

nə qədər var alçaq
ilişib saçıma hər zaman ancaq
dirəşib sonuna qədər olub sancan
öz dünyamda yaşamağı elədim sancaq
utancaq olmuşam uşaq vaxtı
saflığa zəmanəmiz yaxşı baxmır
buraxdım söhbəti nə başa ağrı
amma düzünü desəm mənə də çatmır
doxsanları əllərində tutub bayraq
qayda+qanun qoyur necə çıxmalı bayıra
nə yetmiş, nə səksən və altmış heç vaxt
vaxtı dəyişməyə çalışmayıb o vaxta
və saxta insanları burax getsin
hesabda hamısı ən əzizin
əsas da qisasdan uzaq ol və
hər şeyi vecinə alma
həyat da sənin üçün əssin
[nəqarət: fredy dizzy]

solmadım, alınmasa da heç bir işim yorulmadım
arzumun dalıyca axdım durulmadım
amma heç olmadım role model
insanlar gülüb keçdi
mən heç birin duymadım
doymadım, öyrənməkdən yenilik heç zaman durmadım
özümü ən sonuncu yola da qoymadım
çalıb həm oynadım, dolmadı cibim
amma yenə də heç kimi soymadım

[gitara solosu: fredy dizzy]



Random Lyrics

HOT LYRICS

Loading...