azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

gülay zeynallı - itkin gəlin (best of aygun: all stars) lyrics

Loading...

[bənd 1]
ölüm bu dünyanın o üzündədir
bu üzü dünyanın güldür, çiçəkdir
ölüm bu dünyanın o üzündədir
bu üzü dünyanın güldür, çiçəkdir

ölməzlik məhəbbət zirvəsindədir
məhəbbət əbədi ömür deməkdir
ölməzlik məhəbbət zirvəsindədir
məhəbbət əbədi ömür deməkdir
məhəbbət əbədi ömür deməkdir

[nəqərat]
sızlama, ürəyim, sən dözümlü ol
bu dünya həm acı, həm də şirindir
bir gözlə sən ağla, bir gözünlə gül
bu dünya əzabına dözənlərindir

[bənd 2]
hicranın yolları bitməz, tükənməz
vüsal yollarına qar ələnibdir
hicranın yolları bitməz, tükənməz
vüsal yollarına qar ələnibdir

ömrümü eşqinə qurban deyən kəs
xəyanət əli ilə güllələnibdir
ömrümü eşqinə qurban deyən kəs
xəyanət əli ilə güllələnibdir
xəyanət əli ilə güllələnibdir
[nəqərat]
sızlama, ürəyim, sən dözümlü ol
bu dünya həm acı, həm də şirindir
bir gözlə sən ağla, bir gözünlə gül
bu dünya əzabına dözənlərindir
bu dünya əzabına dözənlərindir



Random Lyrics

HOT LYRICS

Loading...