güllü muradova - füzuli kantatası lyrics
[bənd 1]
məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
muradım şəmi yanmazmı?
fələklər yandı ahimdən, muradım şəmi yanmaz, şəmi yanmazmı?
[bənd 2]
qəmu bimarinə canan dəvayi+dərd edər ehsan
neçün qılmaz mənə dərman, məni bimari sanmazmı?
qəmim pünhan tutardım mən
dedilər yarə qıl rövşən
desəm, ol bivəfa bil mən, inanırmı, inanmazmı?
inanırmı, inanmazmı?
[bənd 3]
(şəbi+hicran yanar canım, tökər qan çeşmi+giryanım
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?)
oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
[bənd 4]
güli+rüsxarinə qarşı gözümdən qanlı axar, qanlı axar su
həbibim, fəsli+güldür bu, axar sular bulanmazmı?
axar sular bulanmazmı?
həbibim, fəsli+güldür bu, axar sular bulanmazmı, bulanmazmı?
[bənd 5]
deyildim mən sənə mail, sən etdin əqlimi zail
mənə tən eyləyən qafil səni görcək utanmazmı?
füzuli rindü şeydadır
(füzuli rindü şeydadır)
həmişə xəlqə rüsvadır
sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
bu sevdadan usanmazmı?
(sorun kim, bu nə sevdadır, nə sevdadır)
bu sevdadan usanmazmı?
Random Lyrics
- xenovita - eloquence's dome lyrics
- craze - [d]ear [c]ool dead lyrics
- tommy royale - has visto lyrics
- 4lfa - secret lyrics
- john rutter - i wonder as i wander lyrics
- coyote - letter to god lyrics
- xtsy* - my side / real one lyrics
- vous worship - not ashamed lyrics
- 454 - pao doce lyrics
- usimamane - discounts lyrics