
güllü muradova - səni unutmaqdan ötrü lyrics
[bənd 1]
ən dözülməz ağrılara, acılara tab edirəm
şeytandan ümid umuram, iblisə xitab edirəm
ürəyimin al qanını döndərib kabab edirəm
başıma çəkib içirəm səni unutmaqdan ötrü
arzumu kəsib biçirəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ay aman, ya xəyalısan, yuxusan?
öz+özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
[bənd 2]
ayla həmfikir oluram uzun+uzun gecələri
gündüzləri sağa+sola hey ölçürəm küçələri
otağımda gizlənirəm, sındırırsan pəncərəmi
ünvanımı dəyişirəm səni unutmaqdan ötrü
daha nə yollar düşünürəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan?
öz+özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
səni unutmaqdan ötrü…
Random Lyrics
- 上白石萌音 (mone kamishiraishi) - skip lyrics
- spira me - rotting lyrics
- sahbabii - belt boyz lyrics
- needtobreathe - what i'm here for (live from bridgestone arena) lyrics
- paul krajewski - the war song lyrics
- ajuka - agree lyrics
- agnes chan - there’s nothin’ you can do to change my mind lyrics
- death kiddd - перестал дышать (stopped breathing) lyrics
- george moir - outta the blue lyrics
- eddy de pretto - petite musique lyrics