gülyanaq məmmədova - allahım, bağışla məni lyrics
[bənd 1]
əzabından əfvinə sığındığım
qəzəbindən sevginə sığındığım
səndən yenə, ey sənə sığındığım
qapına gəlmişəm, bağışla məni
lütfinlə könlümü hidayət eylə
ədalət yolumu həqiqət eylə
günahım çoxdursa, mərhəmət eylə
qapına gəlmişəm, bağışla məni
[keçid]
sən haqsan, mən sənə gələn bir yolam
sevginlə açılan qanadam, qolam
sənə itaətkar bəndənəm, qulam
qapına gəlmişəm, bağışla məni
[nəqərat]
ey rəbbim, rəhm elə məğfirətinlə
mən sənə bağlıyam sədaqətimlə
sən ümid yerimsən, saf niyyətimlə
qapına gəlmişəm, bağışla məni
[bənd 2]
açdım dərgahına xoş əllərimi
allahım, qaytarma boş əllərimi
götürüb arzumu, diləklərimi
qapına gəlmişəm, bağışla məni
[nəqərat]
ey rəbbim, rəhm elə məğfirətinlə
mən sənə bağlıyam sədaqətimlə
sən ümid yerimsən, saf niyyətimlə
qapına gəlmişəm, bağışla məni
[çıxış]
ey rəbbim, rəhm elə məğfirətinlə
mən sənə bağlıyam sədaqətimlə
sən ümid yerimsən, saf niyyətimlə
qapına gəlmişəm, bağışla məni
qapına gəlmişəm, bağışla məni
ey rəbbim, bağışla məni
Random Lyrics
- freshy! (uruguay) - amor de verano lyrics
- whokilledxix - not all men* lyrics
- 47tec - king of hearts freestyle lyrics
- dangerous muse - forever blue lyrics
- marcelo marrom - paloma* lyrics
- v1ke - destruyeme lyrics
- zoe osama - gang shit lyrics
- kay rose - la primera lyrics
- angel & andrew peterson - the boatwright's daughter lyrics
- joelma - não, não (ao vivo em goiânia - go) lyrics