gülyanaq məmmədova - giley lyrics
[bənd 1]
gözlərinə baxan gündən
görə bilmirəm heç kimi
kimsə sahib çıxmayacaq
gəl apar qərib eşqini
[keçid]
axşamları tənhalıq
səni də üzürmü, görən?
əllərinin sığalını
saçların gəzirmi, görən?
[nəqərat]
həsrət kimi soyuqluqdan
qəlbin üşüyürmü sənin?
yaşadığın mənli günlər
yadına düşürmü sənin?
[bənd 2]
yoxsa, artıq isinmisən?
yad bir eşqin istisinə
alışmısan o adamın
gileyinə, tənəsinə?
[keçid]
unutmağa çalışırsan
sanki, məni görməmisən
taleyinlə barışırsan
elə bil, heç sevməmisən
[nəqərat]
həsrət kimi soyuqluqdan
qəlbin üşüyürmü sənin?
yaşadığın mənli günlər
yadına düşürmü sənin?
həsrət kimi soyuqluqdan
qəlbin üşüyürmü sənin?
yaşadığın mənli günlər
yadına düşürmü sənin?
[şeir]
yalanların, həsrətindən daha çəkilməzdir
bilirsən, kaş tanıdığım kimi qalaydın!
bəlkə, o zaman asan olardı yoxluğunla yaşamaq
ayrılmaq, aldanmaqdan asan imiş…
[nəqərat]
həsrət kimi soyuqluqdan
qəlbin üşüyürmü sənin?
yaşadığın mənli günlər
yadına düşürmü sənin?
həsrət kimi soyuqluqdan
qəlbin üşüyürmü sənin?
yaşadığın mənli günlər
yadına düşürmü sənin?
[şeir]
bu bir taledir
mənim taleyim
qəribə taleyim…
qəribə taleyim…
Random Lyrics
- duane caleb - secret place lyrics
- àtomostrap - novo dia lyrics
- deceso por causa desconocida - segunda muerte lyrics
- andrew ironside - i'll never be the same again lyrics
- flesh orchard - born to kill lyrics
- flonky chonks - flächendeckend 30 lyrics
- hood rich luka - трава и алкоголь (herb and alcohol) lyrics
- nay basquiat - i hope u had your fun now (freestyle) lyrics
- jt raging - vacy lyrics
- plan&tbubu - come home lyrics