
gülyaz məmmədova - bacı lyrics
[bənd 1]
kükrəyən qəlbimin hər səsi bacı
ömrümün ən şirin nəğməsi bacı
dəniz ürəyimin nəğməsi bacı
anasız dünyamın anası bacı
anasız dünyamın anası bacı
[bənd 2]
ömrünü bəxş etdi, əlimdən tutdu
bir şirin nəğmənin dilindən tutdu
ürəyin bəmindən, zilindən tutdu
anasız dünyamın anası bacı
ürəyin bəmindən, zilindən tutdu
anasız dünyamın anası bacı
qəlbimə xəzanı əsməyə qoymur
bağrımı qar, sazan kəsməyə qoymur
sevgi ocağından küsməyə qoymur
anasız dünyamın anası bacı
anasız dünyamın anası bacı
[bənd 3]
kükrəyən qəlbimin hər səsi bacı
ömrümün ən şirin meyvəsi bacı
dəniz ürəyimin nəğməsi bacı
anasız dünyamın anası bacı
dəniz ürəyimin nəğməsi bacı
anasız dünyamın anası bacı
ömrümüz ömründə pöhrələnibdir
gözündən üstümə nur ələnibdir
gecələr nəfəsim zöhrələnibdir
anasız dünyamın anası bacı
anasız dünyamın anası bacı
Random Lyrics
- gia darcy - nice things lyrics
- benny the butcher - hard way freestyle lyrics
- oreo (solo / the loonatics) - monster lyrics
- hamish hawk - the hard won lyrics
- jayythegoat - my burdda lyrics
- gigolo tears & power plush - hot maus summer lyrics
- zeal & ardor - disease lyrics
- sf9 - 그냥 (just) lyrics
- the fireblades - artificial lyrics
- kotmb - słoneczne dni lyrics