gülyaz məmmədova - tamam olmuşam lyrics
[bənd 1]
heç nə təsadüfən olmur, sevgilim
allahım veribdir fərman, gəlmisən
bir az gec görüşdük, buna da şükür
sən mənim dərdimə dərman gəlmisən
[keçid]
yaxşı ki gəlmisən, yaxşı ki varsan
elə bil illərdir, yol gözləmişdim
bilirdim, nə vaxtsa gələcəyini
səni tanımadan sənsizləmişdim
[nəqərat]
elə bil çatmırdı ömrümdə nəsə
illərlə yarımçıq, nakam olmuşam
mənim çatışmayan parçam sənmişsən
sənlə bütövləşib tamam olmuşam
elə bil çatmırdı ömrümdə nəsə
illərlə yarımçıq, nakam olmuşam
mənim çatışmayan parçam sənmişsən
sənlə bütövləşib tamam olmuşam
[bənd 2]
hər şeyin çarəsi zamanla imiş
yaralar sağalıb bitişir, gülüm
bağban ha tələssin, nə mənası var?
meyvə öz vaxtında yetişir, gülüm
[keçid]
yaxşı ki gəlmisən, yaxşı ki varsan
elə bil illərdir, yol gözləmişdim
bilirdim, nə vaxtsa gələcəyini
səni tanımadan sənsizləmişdim
[nəqərat]
elə bil çatmırdı ömrümdə nəsə
illərlə yarımçıq, nakam olmuşam
mənim çatışmayan parçam sənmişsən
sənlə bütövləşib tamam olmuşam
elə bil çatmırdı ömrümdə nəsə
illərlə yarımçıq, nakam olmuşam
mənim çatışmayan parçam sənmişsən
sənlə bütövləşib tamam olmuşam
Random Lyrics
- lil taran - making moves lyrics
- otiss - not today lyrics
- vito (esp) - la bala y el verso lyrics
- o’domar (오도마) - d.m.c lyrics
- paty cantú - lo que no quieres saber lyrics
- mercury city - simple as it seems lyrics
- zyodara - call my name lyrics
- dj muggs - notes & tones, skull & bones lyrics
- nachtdienst - marie-claire lyrics
- wakai - hard headed lyrics