günay ibrahimli - sənə bağlanıram lyrics
Loading...
vurulmuşam, xəbərsizəm
özüm-özümü unutmuşam
yuxum qaçıb xəyallarına toxunmuşam
yanıb canım dolub ürəyim
için-için susub ağlamışam
yorulmuşam mən hər gecə
səni düşünüb darıxmışam
fikirlərim uçub yanına yanılmışam
sən olmadan keçərmi ömür
özüm özümdən hey soruşmuşam
sevgindən dəli oluram
sanki dağ çəkilib sinəmdə
hər gün odlanıram
kimsə duymasın deyə hərdən tək qalıram
gizlədib səni qəlbimə
bir özgəsi baxar gözünə dəyə qısqanıram
sənsiz dəli oluram
yoxluğun nə qədər acı
hərdən anlamıram
kim sevər səni mən qədər bəlkə aldanıram
bil ki hər dəfə sevgilim
çəkinmədən, nədən demədən
sənə bağlanıram…
sevgindən dəli oluram…
Random Lyrics
- אריק איינשטיין - kama cham - כמה חם - arik einstein lyrics
- yelawolf - over here lyrics
- uc brigante - berrille road lyrics
- vendredi sur mer - toi moi pas nous lyrics
- rehab - love synthetic lyrics
- dusky grey - one night (acoustic) lyrics
- nura - wuppertal lyrics
- lotto boyzz - facetime me lyrics
- the districts - take me home lyrics
- laura benanti - intro: my favorite thing that ever happened to me... (live) lyrics