h.o.s.t. alliance - beşikdən məzara lyrics
[verse: promete]
pulsuz cd’lər başlanğıcı idi hər şeyin
heç vaxt fanat sms’ini saymamışam hər şeyim
və heç vaxt fikirləşməmişəm səhnə üçün xüsusi geyim
əsas ağlımda olub hostçularıma nə deyim
və heç vaxt saymamışam kimdənsə əskik nəyim
mənim dinləyicilərim olmayıb, mənim olub arxam, kürəyim
söykənə biləcəyim ya da mənə açanlar ürəyin
mən də çalışmışam kömək olanın olum köməyi
qulaqlara qonaq idik, indi yerimiz ürəklər
addımlara çevrilib təzə+təzə iməkləməklər
düz deyirlərmiş, bakının daimi qonağıdı küləklər
hansı ki, münasibətləri də sovurur insanlardan
bu şəhərdə ya yıxılanlardansan, ya yıxılanlara vuranlardan
yıxıldınsa, səni içəri bıraxmazlar kəndardan
biz də qala bilmədik baş verənlərdən kənarda
yaxşı olmağın bir yolu var + olmaq məzarda
[nəqarət: gültəkin]
mən baxmıram səmaya və görmürəm günəşi
qaranlığım əbədi, ağrılarım əbədi
yaralanmış ayaqlar və qolda güc tükənir
amma yolumuz irəli, biz bu yoldan dönmərik
sönsə də ümid, dönmərik
[verse: aid]
pillələr tükəndikcə görürsən ki, zirvə zindandı
görürsən, xoşbəxtlik açarı sevgi yox, pul və imkandı
düşmənə qapını bağlıyıb, dostla bir yaşayırsan
amma düşmən mənzillərin başında eyni damdı
bu, bəlkə, son görüşdü, bu, bəlkə, son vidadı
bəlkə də aramızda sökəcəyimiz son divardı
bəlkə də gördüyünüz səhnə deyil, bir virandı
bəlkə də varlığımız sınaq deyil, intiqamdı
qızarmış yanaqlarınız utanc deyil, soyuqdandı
kimlərsə sevinc, kimlərsə nifrətdən donub qaldı
ilham qürubdandı, hər batan günəş yeni mahnı
hər kədər, hər etiraz hər biri ayrı insandı
məşhurluqla sevgi eyni düşüb, eyni qalxır
və sonda tərk edilsə, qəhrəman da sevmir xalqı
və sonda vətəndaş sətir, ölkəysə mahnılardı
və son fəth ediləcək şəhər göz yaşı və ağrılardı
[nəqarət: gültəkin]
mən baxmıram səmaya və görmürəm günəşi
qaranlığım əbədi, ağrılarım əbədi
yaralanmış ayaqlar və qolda güc tükənir
amma yolumuz irəli, biz bu yoldan dönmərik
sönsə də ümid, dönmərik
[verse: qaraqan]
biz yaza bilmədik tarix, ola bilmədik qəhrəman
qurtara bilmədik sizi və bizi bastırdı zaman
dəyişə bilmədik dünyanı, söndü arzular
biz əkdikcə qəmi torpağa, biçdik ancaq ağrılar
qaranlıq, uzun yollarda istədik olaq şam sizə
ama işıq verdikcə xalqı özümüz içdən yandırdıq
kələ+kötür, tikanlı yollarda, bax, qalxdı qan dizə
sizə yaxın olmaqçün ailə, doğmalardan ayrıldıq
biz yazmadıq hörmətçün, biz gəlmədik şöhrətçün
siz bilirsiz mi, deyin, yaşamaq millətçün
xətt çəkib öz taleyine, düşünmək xalqın taleyin
və bunu eləməmək nə qəhrəmanlıq, nə cənnətçün
eşitmək içindəki səsi və bağırmaq dünyaya
tanrıdan gələn kəlimələri toxumaq bir misraya
və bu çətin yollarda yıxıldıqca ayağa durmaq
görməkçün neçə nəfər qalmışıq mən baxacam arxaya
[nəqarət: gültəkin]
mən baxmıram səmaya və görmürəm günəşi
qaranlığım əbədi, ağrılarım əbədi
yaralanmış ayaqlar və qolda güc tükənir
amma yolumuz irəli, biz bu yoldan dönmərik
sönsə də ümid, dönmərik
Random Lyrics
- cascada - madness (dj gollum feat. dj cap radio edit) lyrics
- sa!koro - por todo el tiempo perdido lyrics
- underhex - not see lyrics
- joseph valenté - the nerve remix featuring sevndeep lyrics
- pia - 융단 (carpet) lyrics
- g shep - meltin marchin band lyrics
- latifa - لطيفة - hayati - حياتي lyrics
- judy rain - мирадела (affairs of the world) lyrics
- hole bootleg albums - malibu (later with jools holland) lyrics
- fm-cinco & suzy #sortudo - lutas (vou achar o que eu procurar) lyrics