h.o.s.t. alliance - sevgi yoxdur lyrics
(giriş: qaraqan)
yeni vərəq, yeni qələm sevgi sanki cəhənnəm
ürək sancır, nəfəs gəlmir sevgi xəstəlik vərəm
sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma
sağ olsaydı şekspir mənim həyatımdan yazardı drama
biraz stress koma pristup arada bir də paranoya
bu nə zamandı insanlar sanki robot mamamiya
yox romantika ürəklər artıq sevmir
içidə boşdu hamının, kirayə verilən otaqlar kimi
oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı
sındır əlini çıxart gözünü xeyri yoxdu yenədə sağdı
qələm damar mürəkkəbimdə qan axır sətirlərə
lirik fəlsəfəm çevirir orduları əsirlərə
qaraqanam h.o.s.tun oğlu
yaraları buzla doldur kim deyir ki sevgi var?
mən deyirəm sevgi yoxdur!
indi fərqli hisslərində hamı başqa arzularda
leyli məcnun sevgisidəki boş nağıl arzularda
(nəqarət: ayka)
dar, insanlar onlar özləri özlərindən qorxdular
unutdular yox olaraq arzular, ümidlər, sevgilər ürəylərdə itər
çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular
çürüntülər ürəkləri bağladı, mələklər də içimizi görüb ağladı
(2+ci hissə:qaraqan)
yeni gecə yeni səhər sevgi yoxdur var kədər
sevgi yoxdur var yalan sevgi yoxdur var zəhər
sevgi yoxdur uşaq nağıllarıdı gözəl əbədi sevgi
ehtiras var yalannan deyirlər səbəbi sevgi
indi seks və şou indi geroin və pul əsri
indi mtv, sweet sixteen, pimp my ride əsri
indi hi5 zamanı indi easy life zamanı
mobil telefonlar kimi mobil insanlar zamanı
sülh raketlərdən atılır yemək paketlərdə satılır
sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra atılır
sevgi yoxdur gizli+gizli parkda sevişmək var
sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var
sevgi yoxdur var dörd təkər üstündə dəmir parçası
leyli olub bu gün 90x60x90 markası
sevgi olur qanadlarla əlvan sehrli hisslərlə
sevgi olmur saytdan hazır götürülmüş smslərlə
(nəqarət:ayka)
dar, insanlar onlar özləri özlərindən qorxdular
unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər
çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular
çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı
Random Lyrics
- brahman_is_gone - i'd go to hell lyrics
- assey - my humps (remix) lyrics
- why8black - codice lyrics
- tip stevens - ordinary lyrics
- cuarteles - alter ego lyrics
- elona - real lyrics
- lil krypton - рубин (ruby) lyrics
- parlinks - children of the end lyrics
- why8black - interlude 3 lyrics
- bryle santiago - best wishes lyrics