h.o.s.t. alliance - yenə tək lyrics
[bənd 1: qaraqan]
səni çəkdim göz yaşımla ağ vərəqlərdə
günəşimi qaytar, sevgilim
dalğalar dalaşır yenə küləklərlə
yol uzun, gücüm az, ev uzaq, hava buz
üfüqüm bəzənir qara şəfəqlərlə
ovucumda yaralı keçmişim
bir gecə uçacam qara qanadlarla
gedəcəm, qalacaq nə izim, nə tozum
məni qızdır titrəyən əllərində
anasından küsmüş uşaq kimi
ağlayım bir az, ağlayım
başımı qoyum dizlərinə, olsun döşək kimi
zəhərəm, şirin etməz bal məni
sevgilim, gedirəm, yola sal məni
bir gecə xatirə rəflərində
unudub özünü, yada sal məni
[keçid: qaraqan]
süzülür ruhuma yenə sərin payız
gölməçə beşiyim, bələyim xəzan
həyatım ocağa atılan kağız
sən mənim günahım, mən sənin cəzan
gəmilər öskürürdü tüstülərlə
bu gecə yenə tək qalıb qaraqan
[nəqərat: errant, qaraqan]
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir
“sevirəm” de mənə yalandan
bir gün xoşbəxt olaq yalandan
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də çox kədərlidir
“sevirəm” de mənə yalandan
mən də “sevirəm” deyəcəm yalandan
[bənd 2: errant]
ruhum isinərdi görəndə üzünü
əriyərdim dözümsüz şam kimi
yağışlar yağanda damlalar ilə
elə bil, yaxın dost olmuşam kimi
sevgin minmədi qara qatarlara
qaldım qatarda tənha sərnişin
əl isinmədi sənin soyuq əllərində
amma istəmirdim başqa əldə isinsin
yağ quru həyatıma leysan kimi
quru gəlibsə, qup+quru getməsin
yağ qara sevgimə bəyaz qar kimi
qara gəlibsə, qap+qara getməsin
mənsiz həyat olar sənə bir az dar kimi
istəyirəm sevgi göz yaşıyla itməsin
ağla mənim üçün o biri qızlar kimi
sevgim çoxalsın, göz yaşıyla bitməsin
[keçid: errant]
tökülür üzümə yenə sərin yağış
buludlar günahsız, küləklər coşar
ümidlər həyata edilən qarğış
sən mənim ilhamım, mən şeir qoşan
hisslərim qışqırırdı kağızlarda
onlardır bağıran, errant susan
[nəqərat: errant, qaraqan]
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir
“sevirəm” de mənə yalandan
bir gün xoşbəxt olaq yalandan
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də çox kədərlidir
“sevirəm” de mənə yalandan
mən də “sevirəm” deyəcəm yalandan
[keçid: errant]
yağ quru həyatıma leysan kimi…
yag qara sevgimə bəyaz qar kimi…
[keçid: qaraqan]
süzülür ruhuma yenə sərin payız
gölməçə beşiyim, bələyim xəzan
həyatım ocağa atılan kağız
sən mənim günahım, mən sənin cəzan
gəmilər öskürürdü tüstülərlə
bu gecə yenə tək qalıb h.o.s.t
[nəqərat: errant, qaraqan]
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də bil ki, çox kədərlidir
“sevirəm” de mənə yalandan
bir gün xoşbəxt olaq yalandan
məni sevdir, sənə sevdir
həyat onsuz da bizsiz də çox kədərlidir
“sevirəm” de mənə yalandan
mən də “sevirəm” deyəcəm yalandan
Random Lyrics
- yungskimask - dont come callin lyrics
- franek windy - houdini lyrics
- thasup - mi @mi o è f@ke lyrics
- mint mate box - リサイクル (recycle) lyrics
- cabezones - y todo era perfecto lyrics
- tory lanez - role call lyrics
- 570jv - go little rockstar lyrics
- lindsay (band) - you are the one to break my heart lyrics
- mecal - encuentro de hombres notables lyrics
- jeffry dr - de verdad lyrics