azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

hatəm nəbioğlu - səni tapmadım lyrics

Loading...

[bənd 1]
bu şəhərin küçələri
həm gündüzü, gecələri
dolaşır ayaqlarıma
səni tapmıram

o illərdən xatirələr
bir də sənsiz bu boş şəhər
üzür məni qüssə+kədər
səni tapmıram

[keçid]
səni tanıyan, səni bilən
hər kəsdən çəkinirəm
soruşa bilmirəm səni mən
haradasan, kiminləsən?

bəlkə, sən yoxuymuşsan
bir nağıl, yuxuymuşsan
görünməyən ruhuymuşsan
səni tapmıram

[nəqərat]
səni görmək təlaşında
bu küçənin o başında
o metronun qarşısında
səni tapmıram
bəlkə, yoxsan bu şəhərdə
sənsiz boğuldum qəhərdə
hər gün açılan səhərdə
səni tapmıram

[bənd 2]
dəftərimin tən ortasından qopartdım
içi boş, dama+dama qoşa vərəqimi
səni də qopartdım həyatımdan
necə sevgi dolu, mənasız dəqiqələrimi
saatlarımı, günlərimi, aylarımı, illərimi
çevirirəm səhifələrimi, sona çatdı, bağlandı kitab
elə bildim, yaram da belə tez bağlanacaq

unudulacaq hər şey ölüm kimi
düşündüm, göməcək qəlbim sevgimi
hissimi, nitqimi boğdum içimdə
qalmadı taqətim, gücüm də
amma dayandım, çünki dayanmalıydım
o şirin yuxudan oyanmalıydım
dözdüm bacardığım qədər
ötən ömrümü sevgimə verdim hədər

[keçid]
səni tanıyan, səni bilən
hər kəsdən çəkinirəm
soruşa bilmirəm səni mən
haradasan, kiminləsən?
bəlkə, sən yoxuymuşsan
bir nağıl, yuxuymuşsan
görünməyən ruhuymuşsan
səni tapmıram

[nəqərat]
səni görmək təlaşında
bu küçənin o başında
o metronun qarşısında
səni tapmıram

bəlkə, yoxsan bu şəhərdə
sənsiz boğuldum qəhərdə
hər gün açılan səhərdə
səni tapmıram

səni görmək təlaşında
bu küçənin o başında
o metronun qarşısında
səni tapmıram

bəlkə, yoxsan bu şəhərdə
sənsiz boğuldum qəhərdə
hər gün açılan səhərdə
səni tapmıram
[çıxış]
bilirəm, bu şəhərdəsən
amma səni tapa bilmirəm
baxdığım, gördüyüm hər yerdəsən
əlimi uzada bilmirəm

bəlkə, sən yoxuymuşsan
bir nağıl, yuxuymuşsan
görünməyən ruhuymuşsan
səni tapa bilmirəm
səni tapa bilmirəm



Random Lyrics

HOT LYRICS

Loading...