hugo [az] - boşluq lyrics
[bənd 1]
hər zaman zaman olmur ki, o zaman heyif
gecələr uzaqda, hər zamanki kimi deyil
necə mən uzanım ona?
olum əvvəlkitək
necə gəlim özümə mən, olum əvvəlki mən?
payız ola bilər o, soyuq, amma iç isidir
işığından doyum, amma gec isinir
gecə bilir, o məni necə silir
bu oyun mənim, amma ki, o oyun onu gec isidir
sərt olmam gərək hərdən özümə mən
mən hərdən özümə
güc ala bilirəm gecələrdən özümə mən
gecələrdən özümə
bu gecə bəs edə bilər hər ikimizə
amma sən səhər kimisən
yanıma gəl, qanıma keç və mənim ol
yayıl bu gecə mənə, zəhər kimisən
[nəqarət]
dəyişə bilmədi bu zaman məni
xoşuna gəlmirəmsə indi sənin
o zaman nə isəm
o zaman nə isəm
bu zaman da ola bilərəm həmin
dəyişə bilmədi bu zaman məni
xoşuna gəlmirəmsə indi sənin
o zaman nə isəm
o zaman nə isəm
bu zaman da ola bilərəm həmin
[bənd 2]
bu gediş asan olmadı mənə
bu açar çıxışı deyil o qapının
eqoist deyiləm o qədər də mən
amma qıra bilmərəm mən o qapını
yerdən qaldırın məni
görməsin o yıxılan dirək
ona desəydiniz, gələrdi, bilirəm
gəlməsin deyə deyin o xoşbəxt
sənin qoxunu dəyişmərəm heç nəyə
yoxdur əvəzin sənin heç nədə
mən solaram, ölüb gedərəm
bəlkə də bu dünyada səni bir də görməsəm
o göz yaşların gölməçə sevgimə
mən necə dözürəm, bilmirəm necəyəm
həsrətin öldürür məni hər gecə
mən yekə bədəndə çarəsiz gəmi
mən batıram
mən batıram
mən batıram
hər gün daha çox, daha çox
daha çox, daha çox
batıram
mən batıram
mən batıram
hər gün daha çox, daha çox
daha çox, daha çox
[nəqarət]
dəyişə bilmədi bu zaman məni
xoşuna gəlmirəmsə indi sənin
o zaman nə isəm
o zaman nə isəm
bu zaman da ola bilərəm həmin
dəyişə bilmədi bu zaman məni
xoşuna gəlmirəmsə indi sənin
o zaman nə isəm
o zaman nə isəm
bu zaman da ola bilərəm həmin
Random Lyrics
- sleeperstar - always the one lyrics
- skyra - good bye! good bye! lyrics
- avega - watch lyrics
- gentlemen prefer blood - all introverts lyrics
- peculiar&freak - censura lyrics
- clout papillon - skrt skrt lyrics
- eklavya kaushal - grey lyrics
- yonige - 11月24日 lyrics
- tibu km - alo lyrics
- hannah precillas - awit kay inay lyrics