azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

humay aslanova – yalan lyrics

Loading...

[bənd 1]
boşalır ürəyin, dolur gözlərin
gecikmiş zamanı lənətləyirsən
dolaşıb dilində qalır sözlərin
özün də bilmirsən, nə istəyirsən

[nəqərat]
aça da bilmirik sirri heç kimə
elə gizli+gizli alışırıq biz
bəlkə də, bir doğru sevgi eşqinə
min yalan uydurub danışırıq biz

[bənd 2]
dəlitək daş atdıq bu sakit gölə
o daşı geriyə qaytarmaq olmur
bizim yalanımız yeriyir hələ
elə yeriyir ki, izi də qalmır

[nəqərat]
aça da bilmirik sirri heç kimə
elə gizli+gizli alışırıq biz
bəlkə də, bir doğru sevgi eşqinə
min yalan uydurub danışırıq biz

danışırıq biz…
danışırıq biz… hey…
danışırıq biz…
danışırıq biz…



Random Lyrics

HOT LYRICS

Loading...