ifrat dünyamalıyev - ucuz sevgilər lyrics
[ bənd 1 : ifrat dünyamalıyev ]
sən saçın dağıldı deyə məndən inciyən qadın
mənsə səndən ötrü bütün həyatını dağıdan adam
[ bənd 1 : şəbnəm qəhrəmanova ]
məncə sən özünlə öyün, sənə həm də sağol düşür
bir qadın öyrənmiş olub, nifrəti sən sarıdan adam
[ nəqarət 1 : ifrat dünyamalıyev, şəbnəm qəhrəmanova ]
salam ucuz sevgilərə məni satıb, unudan adam
indi görən kimdir sənin ürəyini ovudan adam
[ bənd 2 : ifrat dünyamalıyev ]
mən nə cür inanım daha, axı inan deyənlərə
nə acılar verdi özün, mənə şirin tanıdan adam
[ bənd 2 : şəbnəm qəhrəmanova ]
indi utanmadan durub get deyir mənə bir zaman
yanında qalım deyə göz, yaşlarını axıdan adam
[ nəqarət 2 : ifrat dünyamalıyev, şəbnəm qəhrəmanova ]
salam ucuz sevgilərə məni satıb, unudan adam
indi görən kimdir sənin ürəyini ovudan adam
[ bənd 3 : ifrat dünyamalıyev ]
mən bizim soyuqluğumuz niyədir deyə dərd edən
sən isə bir başqasının əsəbini soyudan adam
[ bənd 3 : şəbnəm qəhrəmanova ]
mən hər kədərli mahnıda, səni axtaran biri
sənsə bizim nəğməmizi özgəsiylə oxudan adam
[ nəqarət 3 : ifrat dünyamalıyev, şəbnəm qəhrəmanova ]
salam ucuz sevgilərə məni satıb, unudan adam
indi görən kimdir sənin ürəyini ovudan adam
Random Lyrics
- mackenzy mackay - call me yours (acoustic version) lyrics
- crache - vrai lyrics
- krystalxan - codes lyrics
- 757shai - dismissed lyrics
- stanley ashton - sleep scared (arts of a facade) lyrics
- devis xherahu - ka momente lyrics
- aurora music - talking to the wall lyrics
- fleurnothappy & euro91 - пока сердце бьется (uhsb) lyrics
- stella (stellalisan) - precious lyrics
- fashion forty - kodie lyrics