azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ifrat dünyamalıyev - utanıram lyrics

Loading...

[ bənd 1 ]
xuda mənə verdiyin o saf bədən
içki məclislərində qurdu kəfən
yatdı qəflətdə xəbərdar olmadı
ayılarkən nə o qalmışdı, nə mən

həyatın məni belə incitməsinə
nə rəva vardı şikəst etməsinə
dostlarım sadəcə etdi tamaşa
cavan ömrümün badə getməsinə

[ nəqarət 1 ]
utanıram o arzuların puç olduğuna görə
utanıram məni min zillətə saldığına görə
utanıram hər gecə içkiyə qarışanda başım
şeytanın məni ələ aldığına görə
utanıram

utanıram o arzuların puç olduğuna görə
utanıram məni min zillətə saldığına görə
utanıram hər gecə içkiyə qarışanda başım
şeytanın məni ələ aldığına görə
utanıram

[ bənd 2 ]
dostumun qəmin özümünkü saymışam
onun yolunda canımada qıymışam
dostumun yanında hörmət qazanıb
anamınsa gözünü yolda qoymuşam
əlimdə təsbeh üzüm bir yanadı
nə bileydimki yolum zindanadı
düşünmədimki neçə təsbehlə ölüm
neçə təsbehlə möhür yanyanadı

[ nəqarət 2 ]
utanıram canımın qədrini bilmədiyim üçün
utanıram yaşayıb boş yerə ölmədiyim üçün
utanıram layiqli bəndə olub hər günü
allahım görüşünə gəlmədiyim üçün
utanıram

utanıram canımın qədrini bilmədiyim üçün
utanıram yaşayıb boş yerə ölmədiyim üçün
utanıram layiqli bəndə olub hər günü
allahım görüşünə gəlmədiyim üçün
utanıram

[ bənd 3 ]
səni tanıyan tanışlarım soldu
toy günümdə gözü yaşla doldu
elə bir gün idi qismətimdə sən
yanımda sən deyil özgəsi oldu

puç olan cavanlığıma xətt çəkirəm
mən o gündən bəri həsrət çəkirəm
sən övlad eşqinə həsrət qaldın
baxıb övladıma xəcalət çəkirəm
[ nəqarət 3 ]
utanıram səni tək tənha buraxdığıma görə
utanıram bilərək ürəyimi sıxdığıma görə
utanıram indi sənsiz sən olmadanda belə
həyata ümidlə baxdığıma görə utanıram

utanıram səni tək tənha buraxdığıma görə
utanıram bilərək ürəyimi sıxdığıma görə
utanıram indi sənsiz sən olmadanda belə
həyata ümidlə baxdığıma görə utanıram



Random Lyrics

HOT LYRICS

Loading...