azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ilkin – 1001 gecə lyrics

Loading...

[bənd 1]
kəlmələr bu anı vəsf eyləməkçün
gərək ki, göylərdə əksin görünsün
duyğuları mənlə bir anlamaqçün
həddindən ziyadə nəbzin döyünsün

[keçid]
öz əlinlə topladın ulduzları
aydınlatsın qarşımızda yolları
fərq etməz, bu nağıl necə sonlanır
səninlə bir yerdə uyğun görünsün

[nəqərat]
baxırsan gözlərimə səssizcə
ruhumu bədənimdən alırsan sən
mən tam əmin deyiləm, zənnimcə
“1001 gecə”+dən bir nağılsan sən

baxırsan gözlərimə səssizcə
ruhumu bədənimdən alırsan sən
mən tam əmin deyiləm, zənnimcə
“1001 gecə”+dən bir nağılsan sən

[bənd 2]
mən nə cür xəyalın həqiqət sanım?
əksindən ibarət sanki hər yanım
arzular sonsuz, sən ən son ünvanım
qoy bir az da fələk yorğun görünsün
[keçid]
öz əlinlə topladın ulduzları
aydınlatsın qarşımızda yolları
fərq etməz, bu nağıl necə sonlanır
səninlə bir yerdə uyğun görünsün

[nəqərat]
baxırsan gözlərimə səssizcə
ruhumu bədənimdən alırsan sən
mən tam əmin deyiləm, zənnimcə
“1001 gecə”+dən bir nağılsan sən

baxırsan gözlərimə səssizcə
ruhumu bədənimdən alırsan sən
mən tam əmin deyiləm, zənnimcə
“1001 gecə”+dən bir nağılsan sən
“1001 gecə”+dən bir nağılsan sən



Random Lyrics

HOT LYRICS

Loading...