azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ilqar dayı - zəfərin səsi lyrics

Loading...

[bənd 1]
doğulduğum ölkəmə var böyük məhəbbətim
ehtiramım, hörmətim, tükənməz sədaqətim
arxayın və firavan həyat sürür millətim
bugünkü gün şadlanır zəfərli azərbaycan

[nəqərat]
qoy daha da ucalsın
o üçrəngli bayrağın
yaraları sağaldı
yurdumuz qarabağın

bizim üçün əzizidir
hər bir qarış torpağın
yaşa, var ol hər zaman
dəyərli azərbaycan

[bənd 2]
laçın, şuşa, kəlbəcər, füzulidir məskənin
önündə məğlub oldu birdəfəlik düşmənin
sona qədər vuruşdu müzəffər ordun sənin
öz sözünü söylədin, hünərli azərbaycan

[nəqərat]
qoy daha da ucalsın
o üçrəngli bayrağın
yaraları sağaldı
yurdumuz qarabağın
bizim üçün əzizidir
hər bir qarış torpağın
yaşa, var ol hər zaman
dəyərli azərbaycan

[keçid]
ocağımız da sənsən
vətənimiz də sənsən
beşiyimiz də sənsən
kəfənimiz də sənsən

sabahımız da sənsən
dünənimiz də sənsən
tanrı səni qorusun
şərəfli azərbaycan

[nəqərat]
qoy daha da ucalsın
o üçrəngli bayrağın
yaraları sağaldı
yurdumuz qarabağın

bizim üçün əzizidir
hər bir qarış torpağın
yaşa, var ol hər zaman
dəyərli azərbaycan



Random Lyrics

HOT LYRICS

Loading...