ilqar muradov - qocaldım, ana lyrics
[bənd 1]
sən yanımda idin, bilmirdim ki mən
ana, sənə necə ehtiyacım var
dərdimi+sərimi demirdim hərdən
bilmirdim, ona da ehtiyacın var
sənsiz sevinmək də necə çətindir
bölünmür sevincim, artır ağrılar
dərd+sərin içimdə gəzirəm indi
tək sənə deməyə ehtiyacım var
[nəqərat]
nə olsun, yanımda olanım çoxdur
qohumlar, qonşular, dostlar, tanışlar
amma sənin kimi yananım yoxdur
ana, sənə necə ehtiyacım var
[bənd 2]
hərdən sözlərinə qulaq verməyib
olub ki, bezmişəm danışmağından
daha səsin gəlmir, indi bezirəm
səsini duymadan yaşamağımdan
mən sənə borclu ikən sən nələr etdin
mənə borclu kimi yaşadın elə
səni gözüm üstə gəzdirməliydim
sən mənim yükümü daşıdın elə
[keçid]
çarpışdın, vuruşdun hey ömrün boyu
sənə az göründü elədiklərin
indi mən nə qədər çalışsam, ana
yenə az görünür elədiklərim
sən yanımda idin, sanki uşaqdım
yaşımın fərqində deyildim, ana
ölümün öldürdü uşaqlığımı
bir anda, bir anda qocaldım, ana
[nəqərat]
nə olsun, yanımda olanım çoxdur
qohumlar, qonşular, dostlar, tanışlar
amma sənin kimi yananım yoxdur
ana, sənə necə ehtiyacım var
ana, sənə necə ehtiyacım var
Random Lyrics
- og locke - mona lisa lyrics
- серьга (ser'ga) - давай (let's) lyrics
- phi nhung - bỏ phố lên rừng lyrics
- kdr music house - kay buti mo panginoon lyrics
- filipligocki - fr77style na głębokiej lyrics
- £lamingtesor£ - uhd*37 lyrics
- shiva - i can fly (snipes session) lyrics
- mergingmoon - crimson persimmon lyrics
- jovem lixo - sobre tudo lyrics
- t!lt (band) - stuck 2u lyrics