iszi_eac - qoca heykəllər lyrics
[bənd 1]
elə şeylər var ki, onlar olur, sadəcə baxırsan
qarışa bilmirsən olanlara, olsan da yaxın sən
gözünü çəkə bilmirsən olanlardan
donub heykəl kimi qalırsan o anlarda
bəs heykəllər? görən, olurlarmı hansısa məqamda insan?
danışardı nələri, əgər insan olmaq alınsa
nələri xatırlayır, nələri çıxara bilmir yaddan?
nələr gəlmir xoş və ya saxlayır həyatda
soruşsaq sabirdən və o danışsa birdən
görəsən, deyərdimi, ayılmışıq cəhalətdən?
indi zaman fərqli, dəyişib insanların düşüncəsi
belə deyildi bu millətin iki əsr öncəsi
baxıram sabirə… papağına göyərçinlər qonub
danışmır bircə kəlmə belə susub, donub
bəlkə də, alınsa da, dinməzdi o
onu bu küçədə gördükləri yaman yorub
[nəqərat:]
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
[bənd 2]
nəsimi danışardı, yəqin, bizə
həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda
car çəkməkdə davam edərdi o
insanın aliliyin və cibində tiryək filanla tutulardı
füzuli deyərdi ki, rüşvətin bu həddə çatacağın
yatsa, yuxusuna da gətirə bilməzdi
evləri sökülmüş sakit duran o əhalini, illərdir, tanıyır
və əmindir ki, bu millət ölməzdir
nizami şikayətlə danışardı gənclər yazan ”sms”dən
onlar qəti qaynaqlanmırlar leylidən, ya da qeysdən
deyərdi bu cümlələri hirslə
bir bilsəydim, kimə qalacaq irs xəmsəm
və ya eşitsə bircə anlıq musiqimizi hacıbəyov
ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda?!
cavid, yəqin ki, dəli olardı
danışılanları eşitsəydi öz milləti haqqında
[nəqərat]
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı, danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
[bənd 3]
yəqin ki, əhməd cavad da istərdi daima
dayansın elə bir yerdə ki, görünsün bayraq
ya da almas ildırım, bəlkə də, istəməz
heykəli ucaldıla birləşdirilməmiş torpaq
neçə+neçə insanlar gedib əqidə üstə
bizsə indi yaşayırıq, demək olar, əqidəsiz
baxış bucağım dəyişir yaşlandıqca
amma hələ də təsəvvür etmirəm bakını rəsulzadəsiz
Random Lyrics
- nora lilith - wake lyrics
- joe holt - my little fight lyrics
- бэнг (bang) - hell's kitchen lyrics
- lyson (리슨) (kor) - love scenario lyrics
- jim moray - all you pretty girls lyrics
- the relationship - this year's children lyrics
- 1oneam - you & i lyrics
- railroad jerk - yes man lyrics
- tuncay dilekçi - tokat sarması (yeni nesil) lyrics
- kidd nazee - koylar kaali lyrics