izzət bağırov - bəhanəsiz get lyrics
[bənd 1]
döşənib yollartək ayaqlarına
sənə yalvarımmı? bu mümkün deyil
qoymaram qəlbimtək vüqarım sına
alçalıb yaşamaq ömür+gün deyil
döşənib yollartək ayaqlarına
sənə yalvarımmı? bu mümkün deyil
qoymaram qəlbimtək vüqarım sına
alçalıb yaşamaq ömür+gün deyil
[keçid]
demirəm, sən uca bir dağsan, əyil
demirəm, əlacım qalıbdır sənə
nə səndə məhəbbət qara pul deyil
nə mən dilənçiyəm, əl açım sənə
[nəqərat]
getmək istəyirsən, bəhanəsiz get
oyatma bu yatan xatirələri
səsin həmin səsdir, baxışın ögey
gedirsən, səsin də yad olsun indi
getmək istəyirsən, nə danış, nə din
yox ol uzaqlartək dumanda, çəndə
nəyimi sevmişdin? + deyə bilmədin
indisə min eyib görürsən məndə
[bənd 2]
getmək istəyirsən, o yol, o da sən
bir cüt göz baxacaq arxanca sənin
getdinmi, nə vaxtsa dönmək istəsən
tikanlı yastığa dönəcək yerin
getmək istəyirsən, o yol, o da sən
bir cüt göz baxacaq arxanca sənin
getdinmi, nə vaxtsa dönmək istəsən
tikanlı yastığa dönəcək yerin
[keçid]
demirəm, sən uca bir dağsan, əyil
demirəm, əlacım qalıbdır sənə
nə səndə məhəbbət qara pul deyil
nə mən dilənçiyəm, əl açım sənə
[nəqərat]
getmək istəyirsən, bəhanəsiz get
oyatma bu yatan xatirələri
səsin həmin səsdir, baxışın ögey
gedirsən, səsin də yad olsun indi
getmək istəyirsən, nə danış, nə din
yox ol uzaqlartək dumanda, çəndə
nəyimi sevmişdin? + deyə bilmədin
indisə min eyib görürsən məndə
Random Lyrics
- chyde - pretty brown eyes (remix) lyrics
- tha god fahim - different strokes lyrics
- m. brownie - tabaco y café lyrics
- aimp nashville - every little thing lyrics
- muw lasent - leave me lyrics
- ms banks - gone lyrics
- the han trap - cayendo en amor lyrics
- saneel - sabah lyrics
- ten foot circle - belong lyrics
- run river north - creatures in your head lyrics