azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

jaman [az] - deyin ona lyrics

Loading...

[bənd 1]
istər uzaqlarda, ya da yaxınım ol, bil ki, düşüncəmdə sən
mən sevinirəm ki, hər addım başında düşüncəmdəsən
düşün, görməsəm səni mən, düşün, görməsəm
elə bil kor olan gözlərimdə sən çatışmır nəsə

mən sabahına həsrət ay kimi dolanıb gəzirəm, bir gün günəşi görüm
o qədər qaranlıq oldu yan+yörəm, təsəvvür elədim, günəşim ölüb
baxışların elə cəzb edir, sanki gözlərində var yer çəkimi
sən yanımda ol təki, dünya kimi mən də hər gecəni başına dönüm

[keçid]
səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
ay kimi gecə+gecə gəzirəm küçə+küçə
bilmirəm axı, necə tapım onu, deyin ona

[nəqərat]
səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
yoxluğu bənzər heçə, dedim, zamanla keçər
gəzirəm yenə, necə tapım onu, deyin ona

səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
yoxluğu bənzər heçə, dedim, zamanla keçər
xəyalı neçə gecə qonaq olub otağıma
(qonaq olub otağıma)
(qonaq olub otağıma)
(qonaq olub otağıma)
(otağıma…)

[bənd 2]
mənim önümə dünyaları sərsələr, getmərəm səndən, axı sərsəməm
və öz dünyamın ən qəşəngi sənsən həm, mən özgə dünyanları neynirəm?
bir kainat düşün, içində ikimiz bir+birimizə görə var olmuşuq
sən kimi günəşin cazibə qüvvəsi yaşatmazdı mənə yox oluşu

sevən insanlara hələ göz gəzdir, necə görəcəksən, gözləri nəmdir
sən haradasansa, mən oradayam, olmadığın yerlər mənə cəhənnəmdir
səndən aldığım dərdi sərdim öz dərdimin üstünə, sərgiləndi
sən gül, gülüşün alır məndən həm dərdi+səri, gəl, açaq səhəri

[keçid]
səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
ay kimi gecə+gecə gəzirəm küçə+küçə
bilmirəm axı, necə tapım onu, deyin ona

[nəqərat]
səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
yoxluğu bənzər heçə, dedim, zamanla keçər
gəzirəm yenə, necə tapım onu, deyin ona
səmada ulduzların qanadı yox, uçur amma
buludlar göz yaşını gəlib səpir qucağıma
yoxluğu bənzər heçə, dedim, zamanla keçər
xəyalı neçə gecə qonaq olub otağıma



Random Lyrics

HOT LYRICS

Loading...