jaman [az] - mən o deyiləm lyrics
[bənd 1]
görüşər bəlkə bir gün köhnə hisslər
dindir onu, gör o səndən nə istər
susur, acizdir, çarəsiz yollarda
illər öncə sevgiylə baxan gözlər
sözüm var, gözlə, gözəl, getmə uzaq gözlərimdən
varlığın gözümə nur verər, inan ki, gözlərim sən…
gəl, uzaq getmə, qadın, inan ki, dərk etmir ağıl
getməyin çarə olsa, öyrənərdim unutmağı
mən necə verim sabahımı başqa birinə?
sən dünənlərimi mənim məhv etmisən
gəl bircə gecəni yaşa sən mənim yerimə
gör necədir gözə gecələr yuxu girməsə
səhəri şəhər sakit, küçələr izimə düşür
görən hamı deyir + bunun yenə yadına düşüb
dərdim bəyaz rəngin alıb, (hə) saçıma düşüb
bir az gərgindir, halım nə olar məni də düşün (ah)
[nəqərat]
gecə yenə düşəcək gözlərimə nəm
içirəm, səhər açılır, hələ də dəməm
deyirəm, məni düşünür, onu düşünüm
baxıram özüm özümə, mən o deyiləm…
gecə yenə düşəcək gözlərimə nəm
içirəm, səhər açılır, hələ də dəməm
deyirəm, məni düşünür, onu düşünüm
baxıram özüm özümə, mən o deyiləm…
[bənd 2]
bil ki, gözlərin unudulmaz mənzərədir
elə bil cənnətə açılan mavi pəncərədir
ay qızım, dərdin nədir, mənimlə gətirmədi?
onunla rəsmlərdə gülümsədin, bəyənmədim
demədim, getmə, amma sən gedəndə görünmədin
sanma ki, yıxılmışam, inan heç də əyilmədim
neylədim, qayıda bilmədim, özüm də səndə qalmışam
ömür kitabından cırıb üç+dörd vərəq atmışam
səndən yazdığım küçələrdə yox daha insan
səndən yazdığım küçələrdə qalmayıb insaf
boğulur əllərimdə əl izlərin, yox olursan
mən səni unutmadan necə olur ki, unudursan?
tanrı yazdığını da öz əliylə silər hərdən
şair sevgisini də sətirlərdən silər əlbət
o qədim küçələrdə kölgəmiz yan keçər hərdən
yalnız qalıb artıq köhnə bakılı sərçələr
[nəqərat]
gecə yenə düşəcək gözlərimə nəm
içirəm, səhər açılır, hələ də dəməm
deyirəm, məni düşünür, onu düşünüm
baxıram özüm özümə, mən o deyiləm…
gecə yenə düşəcək gözlərimə nəm
içirəm, səhər açılır, hələ də dəməm
deyirəm, məni düşünür, onu düşünüm
baxıram özüm özümə, mən o deyiləm…
Random Lyrics
- horizon blue & anthony lazaro - september nights lyrics
- mar palafox - the aftermath lyrics
- njc - we'll be good lyrics
- jackboy - brat lyrics
- the fernweh - hand me down lyrics
- haysen cheng - restart lyrics
- church & ap - mustbe lyrics
- jams the flava child - patience lyrics
- le roi angus - rien ne se cache dans la lumière lyrics
- колдкид (koldkidd) - arriba lyrics