lalə məmmədova - çinar və mən lyrics
çinar və mən lyrics
[bənd 1]
çinarsız bir bulaq bulaq deyil ki?!
çinar mağarlıdır, çinar toyludur
mənim torpağımda nahaq deyil ki!
deyərlər, igidlər çinarboyludur
o, min nəğməlidir, min aləmlidir
məna var çinarın şair dilində, şair dilində
araz kənarında çinar qəmlidir
çinar fərəhlidir kür sahilində, kür sahilində
[nəqərat]
bəli, araz dedim, çinarlı araz
ağac da insan tək intizardadır
araz, qışlı araz, baharlı araz
çinar hardadırsa, gözüm ondadır
o min nəğməlidir, min aləmlidir
məna var çinarın şair dilində, şair dilində
araz kənarında çinar qəmlidir
çinar fərəhlidir kür sahilində, kür sahilində
[bənd 2]
mən aldım cahandan arzu da, kam da
dolaşdım, çinarın adı dilimdə
mən çinar altında doğulmasam da
istərəm, o bitsin son mənzilimdə
sanaram, yenidən doğulmuşam mən
əzəldən bağlıyam ana torpağa, ana torpağa
sanaram, bir sərin meh olmuşam mən
nəğməmlə qonmuşam yaşıl budağa, yaşıl budağa
[nəqərat]
bəli, araz dedim, çinarlı araz
ağac da insan tək intizardadır
araz, qışlı araz, baharlı araz
çinar hardadırsa, gözüm ondadır
mən aldım cahandan arzu da, kam da
dolaşdım, çinarın adı dilimdə
mən çinar altında doğulmasam da
istərəm o bitsin son mənzilimdə
son mənzilimdə
mən aldım cahandan arzu da, kam da
dolaşdım, çinarın adı dilimdə
mən çinar altında doğulmasam da
istərəm o bitsin son mənzilimdə
son mənzilimdə
son mənzilimdə
son mənzilimdə
Random Lyrics
- sally shapiro - dulcinea lyrics
- maq23 - minu lood lyrics
- our atlantic - моя любов (my love) lyrics
- isabella castillo - magia lyrics
- viki gabor - napad na serce lyrics
- curren$y & the alchemist - signature move lyrics
- dms (de) - weit gebracht lyrics
- kartelbambino - agmbk lyrics
- 7daze - money on my mind lyrics
- nekane - tell her lyrics