azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lalə məmmədova – xalq bayatıları lyrics

Loading...

[bənd 1]
[ehtiram hüseynov]
dağların başı qara
dibinin daşı qara
məni bir qız anladı
gözü göy, qaşı qara

əzizim, yana dağlar
od düşüb yana dağlar
o gözələ deyin ki
baxsın bu yana, dağlar

[lalə məmmədova]
ay oğlan, çıraqlısan
əsli qarabağlısan
bir gözəl yar ucundan
sən də sinədağlısan

ay deyiləm, ulduzam
gəlin deyiləm, qızam
kənardan nə baxırsan?
gəl yaxına, yalqızam

[ehtiram hüseynov]
başı od saçlı dağlar
səndən kim aşdı, dağlar?
yatdım yuxuya daldım
maralım qaçdı, dağlar
ay getdi, il də gəldi
dövranım belə gəldi
səndən cavab alınca
dağ+daş da dilə gəldi

[bənd 2]
[lalə məmmədova]
əzizim, gülə düşə
gün deyil, gülə düşə
qorxuram ki, eşqimiz
məcnun kökünə düşə

güllər açır, deyərəm
ətir saçır, deyərəm
əgər sən igid olsan
məni qaçır + deyərəm

bəxtimi güldürəydin
əğyarı öldürəydin
mən, yarım + leyli, məcnun
aləmə bildirəydin

[ehtiram hüseynov]
əzizinəm, sel gələr
yağış yağar, sel gələr
gözəl qız qapısına
elçiliyə el gələr
[lalə məmmədova]
aman, aman+aman
ay aman, aman, ay yar…
yar… yar…

aman, aman+aman
ay aman, ah, yar, aman…
ay aman, ay aman…

[ehtiram hüseynov]
əzizinəm, sel gələr
yağış yağar, sel gələr
gözəl qız qapısına
elçiliyə el gələr
ay aman, ey…

[lalə məmmədova]
bəxtimi güldürəydin
əğyarı öldürəydin
mən, yarım + leyli, məcnun
aləmə bildirəydin

əziziyəm, sel gələr
yağış yağar, sel gələr

[ehtiram hüseynov]
gözəl qız qapısına
elçiliyə
el gələr



Random Lyrics

HOT LYRICS

Loading...