azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

madteen - bəli lyrics

Loading...

[bənd 1: rəssam]
bəli
bütün ağlamaqlar keçəndir
sevirik qəlb incidəni
həyat səhvdən dərs götürənindir
çönüb gedənindir

ürək döyünməyəndəndir
hirsim deyilməyəndəndir
bəlkə də gec anlaşılıb hər şey
bir azca avam güvəndəndir
bir səndən, bir məndəndir
mən səndən, sən məndən de
o qədər qəlb qıran mərhələdir
bir səbəbin də özündən de

bəlkə də hər şey xeyrinədir
bu mahnı bir ton səhvdəndir
bu səhər mənimçün dözməkdirsə
səninçün getməklərdəndir

[nəqərat: madteen]
mən sənin əllərindən tutmaq istədim
qalmaq istəməyən üçün də heç nə düzəlmir
sındırıb qürurumu getmə söylədim
qalmaq istəməyən heç bir səbəb söyləmir

mən sənin gözlərindən səbəb istədim
nədir sənin dərdin, axı yoxmu səbəbin?
sındırıb qürurumu getmə söylədim
qalmaq istəməyən heç bir səbəb söyləmir

[bənd 2: barss]
o qədər söz yazdım mən xəlvət gecələr
düşündüm, əlbət, keçər
qəlbim qal deyir, beynim alma vecə
bilməm, hansın seçəm?
neçə il göz yaşı var
dərdimlə tək başına
könlümə yaraları vuran sən
yalana ehtiyac yox, bu açıq+aşkar

gəlmədi, artıq seçib öz yolun
baxma yollarına gözləri yorub
olanları unutmaq olmur
onun adı gələndə gözüm dolur

nə olar gəl gecə yuxularıma!
ölə bilmirəm ətrini qoxlamadan
mən aşiqəm o qara saçlarına
sənə olan hisslərim toxunulmaz

[nəqərat: madteen]
mən sənin əllərindən tutmaq istədim
qalmaq istəməyən üçün də heç nə düzəlmir
sındırıb qürurumu getmə söylədim
qalmaq istəməyən heç bir səbəb söyləmir

mən sənin gözlərindən səbəb istədim
nədir sənin dərdin, axı yoxmu səbəbin?
sındırıb qürurumu, getmə söylədim
qalmaq istəməyən heç bir səbəb söyləmir



Random Lyrics

HOT LYRICS

Loading...