mardan kazimov - mavi gözlərin lyrics
[bənd 1]
yenə gecə, yenə boş küçələr
mən gəzirəm xəyallarınla
sən çıxmırsan bir an fikrimdən
istəsəm də, istəməsəm də
ruhumu oxşar mavi gözlərin
şirindir belə acı sözlərin
təki mənlə danış, mənə söylə
“qadan alaram”
gəlsin mənə bütün dərdlərin
beynimin içində, hər an hər biçimdə
qalmayıb seçim də, bil mənim üçün də
səndən qeyrisi, əyrisi, doğrusu
biləsən, zərrə deyil mənim vecimə
[nəqərat]
qəlbimə məlhəm sənin mavi gözlərin
istərəm tutsun sonsuz əlim əllərin
sənə yazılır bütün misralarım
bütün mahnılarım, mənim bütün sözlərim
mənim bütün sözlərim
mənim bütün sözlərim
[bənd 2]
qalmışam yolunda, azacam sonunda
bəlkə şeytansan, amma mələk donunda?
belə görünür, yox başqa yolum da
yer ayır qalım əbədi mən solunda
səni hiss edim hər daim yanımda
sağımda, solumda, könlümdə, yuxularımda
səni görürəm zatən hər axşam
istərəm gerçək olsun sənlə
sənli röyalarım da
güvən mənə, gəl çıxaq birgə yola
gəzək xəzərin sahilin qol – qola
sevişək səhərədək doya – doya
açaq günəşin gözün biz oya – oya
[nəqərat]
nə etsəm də çıxmır ağlımdan mavi gözlərin
gəl, artıq qovuşsun əllərimlə əllərin
sənə yazıldı bu mahnının bütün misraları
bütün sözləri…
Random Lyrics
- active member - eίvαι θυσία lyrics
- marty o'reilly & the old soul orchestra - hard time killing floor lyrics
- usher - burn (axwell full version) lyrics
- sznur - likwidator rodziny lyrics
- alyssa scott - brought you here lyrics
- mustafa ceceli - ne haber aşktan lyrics
- r3hab & jonas blue - sad boy (vip remix) lyrics
- patternist - the end is always near lyrics
- mala agatha - preman preminim (feat. jihan audy) lyrics
- demxntia - isolation lyrics