azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mc b.u.s - gəzirəm bir təhəri lyrics

Loading...

[nəqərat]
baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri

baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri

[bənd 1]
bu gün də içmişəm
dayandım 10+cu bakalda
hər kəs gedibdir deyəsən
qaçırtdım sonuncu qatarı da

necə ki, qaçırdıram
illərdir həyatın hər anını
hər kəs yatıb, bir tək mən oyaq
gəzirəm şəhərin hər yanını

ürəyim istəyir qışqırım
səssizliyi pozub əl çalım
binalar bu qədər yüksəlib, amma
insanın vicdanı alçalıb
beynimi fikirlər yorur
spirtin təsirində
ayağım güclə gedir
soyuqdur, əsirəm mən

[nəqərat]
baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri

baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri

[bənd 2]
ayaqlarım tutulub
yanımda heç kim yox
yanımda kim var idi ki?
yadımda heç kim yox

yaxında bir yaxın varmı (hə?)
uzağa aparsın, uzanım
saat 4+ü keçməyib
elə bil saatın zamanı uzanıb
gözümün görmədiyi yerdəyəm
dözümün qurtardığı yerdə
sözümün qurtardığı yerdəyəm
səsimin çıxmadığı yerdə

burda xəyallar donub
keçmiş gəlir üstümə
və mən uzanmaq istəyirəm
soyuq bir daşın üstünə

[nəqərat]
baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri

baxıram şəhərimə
boğulub qəhərimə
gəzirəm şəhəri mən
gəzirəm bir təhəri



Random Lyrics

HOT LYRICS

Loading...