azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mc b.u.s - yamaq lyrics

Loading...

[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora

[bənd 1]
dövrün şairiyəm, küçələrdən yazan kəsəm
doğru danışıramsa, sözümü ancaq azan kəsər
dilimin sərtliyini, sözümün kəsərliyini
qələmimin itiliyini, istəyərsə, yazan kəsər

boş+boş fikirlərlə keçirdirik hər saatı
bir boğaz çörək üçün gecə+gündüz tər, su axır
elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır
tanrıya əl qalxır, insana əl çatmır

dövran elə gəlib ki, kin+nifrət dibə dirənib
bəzən hər bir şeyi rədd eləyib, yazmalısan
əvvəl ölülər susub, dirilər danışardı
indi ölmək üçün danış, yaşamağa susmalısan

ekranda həyasız, tv+ə çıxan heç kim
doğru danışa bilmir, amma qeybət bilir
məktəbdə şagirdin təhsil alması üçün indi
qiymət vermir müəllim, qiymət deyir
baş o qədər qarışıb ki, kim harada, kim neynəyir
sosialda şərh yazırıq axmaq kimi
bir az yaltaq kimi, bir az da qorxaq kimi
o qədər saxtayıq ki, çökmüş yola yamaq kimi

[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora

[bənd 2]

[nəqərat]
gözün görürsə hər şeyi
amma danışa bilmirsə dilin
demək ki, layiqsən olduğun yerə
demək ki, layiqsən ora



Random Lyrics

HOT LYRICS

Loading...