
mehdi sadiq & noton - ağlama, ey balaca lyrics
[nəqərat]
ağlama, ey balaca
daha böyüdüm mən
yaraların üstünü örtdüm
səhvləri gördüm
qocalıb öldüm mən
ağlama, ey balaca
bu dünya dəyməz göz yaşına
öz başına çarə qıl, güvənmə
dünya fırlanır öz başına, öz başına
[bənd 1]
dərs çıxışı arxasınca gəlməyini görməsə də
gözləyər o atasının işdən evə dönməyini
başına sığal çəkərək, oxşayaraq sevməyini gözləyərkən
əvəzində eşidirsə söyməyini
cıraraq yandırardı parçasını köynəyinin
istəmirdi evlərindəki işığın sönməyini
anasının döyülməyini görməmək üçün gizlənərdi
istəyərdi, ölmədən o görsün onun ölməyini
onun çətin günlərində ona bacısı baxar
bir gün böyüyəcək, edəcək o payızı bahar
yıxılan evin dirəyi oğul olur, dağ isə ata
dağdan əsər+əlamət qalmır daha sabaha
onun sağ çıxdığı bataqlıqda batar kimsə
ən xoşbəxt günündə aparacaq qatar kimisə
güzgünün qabağına keçib də özünə yaxşı bax
əslində sən də nifrət elədiyin o atan kimisən
[nəqərat]
ağlama, ey balaca
daha böyüdüm mən
yaraların üstünü örtdüm
səhvləri gördüm
qocalıb öldüm mən
ağlama, ey balaca
bu dünya dəyməz göz yaşına
öz başına çarə qıl, güvənmə
dünya fırlanır öz başına, öz başına
[bənd 2]
gedən bu illərim şirin dadırdı, dildə qaldı
vermək istəmədim uşaqlığımı, illər aldı
yanıma gələrdin, gərək, saf olan çağlarımda
indi gəlmə yanıma, həyat acıdır, “illegal”dır
amma güclü oldun, ey balaca, qalxdın ayağa
indi dayaq özünsən, ehtiyacın yox dayağa
sahil uzaqdır, amma orada yaxşıdır hər şey
bu dənizi keçmək üçün minməlisən çox qayığa
keçəndə gördüm, söküblər məhəlləmi
söküblər evləri yıxıb xatirələri bir+bir divarından
ayırıb sənlə məni silmiş tarixi zamanımdan
əzmişəm səhifələri, yeni nəğmələri, bütün kəlmələri
düşünmə ki, eyib olacaq
ağlama sən, ey balaca, ey balaca
[nəqərat]
ağlama, ey balaca
daha böyüdüm mən
yaraların üstünü örtdüm
səhvləri gördüm
qocalıb öldüm mən
ağlama, ey balaca
bu dünya dəyməz göz yaşına
öz başına çarə qıl, güvənmə
dünya fırlanır öz başına
ağlama, ey balaca
daha böyüdüm mən
yaraların üstünü örtdüm
səhvləri gördüm
qocalıb öldüm mən
ağlama, ey balaca
Random Lyrics
- they might be giants - i enjoy being a boy lyrics
- wes garcia - out of time lyrics
- goldee money - metro lyrics
- kwon jin ah (권진아) - love & hate lyrics
- blurain - pariah lyrics
- floyymenor & panda black - south beach lyrics
- abdullah gök - affet sevgilim lyrics
- shower (ltu) - i know lyrics
- dominoe - dark dogs lyrics
- sarah morris - you are (champagne on a wednesday) lyrics