azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

melan məhər - laməkan lyrics

Loading...

[bənd 1: resist]
mən yalanı sevməyən yalançı
ya da notları bilməz pianoçu
siz ” yaradan var” deyib gələcəyə baxdıran
mən sizi aldadan bir falçı
özü düşən özünə heç ağlamaz
məni məndən başqası anlamaz ki
anladım tək dost qələmimdir
məni kimilər kimsəsiz olmaz
tikə + tikə tikilən diləklərin
bir tək səhv diləklə sökülür bax
bir tərəfdə cənnətə çağırış
bir tərəfdən, aman allah!
mən zinaçı, mən günahkar
mən nəfsinə uymuş, meyvəni dadmış, sürgünə məruz səbəbkar
mən laməkan
mən dərvişi insan kövnü məkanu kün fəkan
mən dilində “allah” özünü partladan müsəlman
mən üsyanı etmiş ta şeytan ki
mən tək bir fərari ordudan
mən ağlayan və mən ağladan
mən axiri zamanda əfvini diləmiş tanrıdan
tanrı dan yerin sökmədən əlbət xəlvət yazılar əməllər
kitabın sol əldə, yoxsa ki sağda
bunlar asılıdır əməldən
nifrətə sevgim, yalançı vergim xislətimdə var təməldən
mən şeytana uymuş bir insan?!
allah, hifz elə o gündən
[nəqərat: melan məhər]
sənə addımladıqca bu bəşər öz yuvasından
azalır məsafələr ayla günəş arasında
kim səni axtarırsa hətta ən son duasında
o qədər ucasan ki, yaxınsan göz qarasından

sənə addımladıqca bu bəşər öz yuvasından
azalır məsafələr ayla günəş arasında
kim səni axtarırsa hətta ən son duasında
o qədər ucasan ki, yaxınsan göz qarasından

[bənd 2: melan məhər]
sənsən tək
həm önümdə həm ənsəmdə
həm görünməz, ən görsənən
hər sözüm də ünvan sənə

sənsən tək
ən dərin hiss və fəlsəfə
günahla arama quran çəpər
quruyan dodağıma göy səpər mərhəmət

sənsən tək
hər dəfə getsəmdə
yolumu döndərən düz səmtə
yorulub ölmərəm düşsəm də
azalmaz aramızda bir zərrə məsafə
sənsən tək əzəmət
mənəm yolunda ər nəcabət
allâhümme salli alâ muhammedin ve âli muhammed

sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…

[nəqərat: melan məhər]
sənə addımladıqca bu bəşər öz yuvasından
azalır məsafələr ayla günəş arasında
kim səni axtarırsa hətta ən son duasında
o qədər ucasan ki, yaxınsan göz qarasından

sənə addımladıqca bu bəşər öz yuvasından
azalır məsafələr ayla günəş arasında
kim səni axtarırsa hətta ən son duasında
o qədər ucasan ki, yaxınsan göz qarasından

sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…
sənsən tək…



Random Lyrics

HOT LYRICS

Loading...