azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miri yusif feat. roya - #səndən1dənədir lyrics

Loading...

görəsən məndən neçə dənədir?
biri yerdə və biri göydədir.
biri xoşbəxt və biri dərddədir,

biri itkin və biri dəbdədir.
de görüm məndən neçə dənədir?
biri qəmgin, biri təntənədir.
biri ölmüş, biri ürəkdədir,
biri yerdə, biri səhnədədir.

kim bilir, məndən neçə dənədir?
biri səssiz, biri nəğmədədir.
biri bəmdə (oo), biri zildədir,
biri geridə və biri öndədir.
biri şərqdə, biri qərbdə,
biri cənub, biri şimalda.
sanki məndən min dənədir,
yalnız səndən bir dənədir.

bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.
bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.

görəsən məndən neçə dənədir?
biri parlaq, biri kölgədədir.
biri düzgün, biri döngədədir,
biri üzgün və biri kefdədir.
de görüm məndən neçə dənədir?
biri susqun, biri deyingəndir.
biri sükut, biri müharibədir,
biri segah, biri tərəkəmədir.

kim bilir məndən neçə dənədir?
biri sakit, biri zəlzələdir.
biri sillə və biri zərbədir,
biri təptəzə və biri köhnədir.
nədir, nədir, nədir, nədir, nədir?
biri el və biri əbədi,
sanki məndən min dənədir,
yalnız səndən bir dənədir.

bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.
bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.

bil ki səndən bir dənədir,
bil ki səndən bir dənədir.

hamı bir yerdə ouo ouo ouo

bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.
bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.
bil ki səndən bir dənədir,
bir dənədir, bir dənədir.
sən mənim bir dənəmsən,
bir dənəm.



Random Lyrics

HOT LYRICS

Loading...