miri yusif - bildim lyrics
[bənd 1]
gördüm, gördüm ki, səhvdir eşqin qibləsi
sən özgəsən, sevdiyim, özgəsi
biz aldatmışıq hər kəsi, hər kəsi
bildim, bildim ki, gözlərin dəniz deyil
qəlbin bulud kimi təmiz deyil
“sən və mən” daha “biz” deyil, “biz” deyil
[nəqərat]
indi xəyal kimi baxdım ötən çağa
ömür başladı geri saymağa
sən yoxsan, mən yoxam daha
indi bilmişəm ki, şeytan mələk deyil
bağrıma daş asdım, ürək deyil
dünya mənə gərək deyil
[bənd 2]
sildim, sildim keçmişimi sətir+sətir
otağımda həsrət qoxan ətir
pəncərəmdən kölgən itir, ay+ay, yar
baxdım, baxdım ki, bir ömür gedib boşa
ayrı insanlar şəkildə qoşa
sənsiz səninlə olmuşam, olmuşam
[nəqərat]
indi xəyal kimi baxdım ötən çağa
ömür başladı geri saymağa
sən yoxsan, mən yoxam daha
indi bilmişəm ki, şeytan mələk deyil
bağrıma daş asdım, ürək deyil
dünya mənə gərək deyil
indi xəyal kimi baxdım ötən çağa
ömür başladı geri saymağa
sən yoxsan, mən yoxam daha
indi bilmişəm ki, şeytan mələk deyil
bağrıma daş asdım, ürək deyil
dünya mənə gərək deyil
bildim, bildim
Random Lyrics
- cianboy - la veille lyrics
- loverystars - gumball music (гамбол мюзик) lyrics
- marc with a c - diane works for ozzy (demo) lyrics
- véras - de wereld zien lyrics
- viiny loot - viper mood lyrics
- r zar ni - yin yin lay yue lyrics
- z.c da kidd - all on you lyrics
- la serte - passione fulminea lyrics
- gera mx - a medio camino lyrics
- vanity theft - headstart lyrics