miri yusif - bir addım lyrics
[bənd 1]
əlini uzat, yox, əlimi burax
gözünü bağla, sən ürəyinlə bax
qucaqla, ağla, yadında saxla
qovuşsun dodaqlar və göylə dağlar
nağıla qonaq gedək bir öpüşlə
bir addım irəli, bir addım geriyə
bu sanki rəqs, uçuruq səninlə
ümidlə irəli, xəyallar geridə
[nəqərat]
rəsmini görəndə, ismini duyanda
sürətlənir nəbzim
bu deyil sevgi, bu deyil vərdiş
bu artıq həyatın tərzi
sevincim səninlə, kədərin içində
yox edir səbrim
ol mənim yanımda daim
məsafə tükədir səbri
[bənd 2]
hər an sən və mən, hər yan mən və sən
dəyişmir hisslər, dəyişsəm də mən
ayrılmaz olur ləpələr dənizdə
barışan olur külək sevgimizlə
bərk tut sən, qorxma, güc var biləkdə
qollarım qoruyar səni küləkdən
görüşmüşəm bu gün bir mələklə
qanadları salıb kürəyimizə fələklə
[nəqərat]
rəsmini görəndə, ismini duyanda
sürətlənir nəbzim
bu deyil sevgi, bu deyil vərdiş
bu artıq həyatın tərzi
sevincim səninlə, kədərin içində
yox edir səbrim
ol mənim yanımda daim
məsafə tükədir səbri
[çıxış]
gecə yaddaşında sən gizlədin
qucağımın otağındasan, yatmısan
sakitliyin sədası bizlədir
çağırır səni rüzgar, oyanmırsan
Random Lyrics
- negative xp - i believe lyrics
- lil eyez - detos lyrics
- abbas bağırov - belle lyrics
- guitar fight from fooly cooly - kaiju kaiju ah ah lyrics
- ivoxygen - love miles lyrics
- элбой (elboy) - на небе (in the sky) lyrics
- safouane - la tess lyrics
- unextraordinary gentlemen - the drop lyrics
- f.o.d. (be) - crew you lyrics
- lil uzi vert - average dude / pink diamonds* lyrics