miri yusif - gülə-gülə lyrics
[bənd 1]
sən mənim zümzüməm
səni sətir+sətir keçmişdən toplayıb çəkdim nəzmə mən
ritmi tutunca tutdum işarət barmağımı nəbzimə
bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən
heç kim sənə bənzəməz
sən mənim gözümdən axıb ürəyimə
alışan ruhuma sarmısan alov
əlimdə tellərinin ətri, qulağımda səsin girov
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə+gülə
[bənd 2]
sən elə mən özüməm
yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə
sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə
bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə
darıxmışam hər cürə
mən sənsiz üzgünəm
günəşin+yağışın, enişin+yoxuşun mənə fərqi yox
həyat davamında dayanmaz, çünki fələyin çərxi o
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə+gülə
[çıxış]
getdin…
getdin…
getdin…
getdin, gülə+gülə
getdin…
getdin…
getdin…
getdin, gülə+gülə
Random Lyrics
- teen runnings - sometime lyrics
- geofire - it’ll be okay demo version lyrics
- margaret whiting - for you, for me, for evermore lyrics
- kodak black - catch fire lyrics
- imnotvrycreative - typical lyrics
- tellyman - swimming lyrics
- joaquim ramalho - driving in the same streets lyrics
- sureste - somos lyrics
- israel the creator - god of elijah lyrics
- xaotyk - love me lyrics