azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

miri yusif - səndən1dənədir lyrics

Loading...

[bənd 1]
görəsən məndən neçə dənədir?
biri yerdə və biri göydədir
biri xoşbəxt və biri dərddədir
biri itkin və biri dəbdədir

de görüm məndən neçə dənədir?
biri qəmgin, biri təntənədir
biri ölmüş, biri ürəkdədir
biri evdə, biri səhnədədir

kim bilir məndən neçə dənədir?
biri səssiz, biri nəğmədədir
biri bəmdə, o biri zildədir
biri geridə və biri öndədir

biri şərqdə, biri qərbdə
biri cənub, biri şimalda
sanki məndən min dənədir
yalnız səndən bir dənədir

[nəqərat]
bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm
bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm

[bənd 2]
(rəqs et, amma, amma, amma utanma)

görəsən məndən neçə dənədir?
biri parlaq, biri kölgədədir
biri düzgün, biri döngədədir
biri üzgün və biri kefdədir

de görüm məndən neçə dənədir?
biri susqun, biri deyingəndir
biri sükut, biri müharibədir
biri segah, biri tərəkəmədir

kim bilir məndən neçə dənədir?
biri sakit, biri zəlzələdir
biri sığal və biri zərbədir
biri təp təzə və biri köhnədir

nədir? nədir? nədir? nədir? nədir?
biri ölüb və biri əbədi
sanki məndən min dənədir
yalnız səndən bir dənədir
[nəqərat]
bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm

bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm

(bil ki, səndən bir dənədir)
(bil ki, səndən bir dənədir)

[keçid]
(rəqs et, amma, amma, amma utanma)

hamı bir yerdə “ouo+ouo”
hamı bir yerdə “ouo+ouo”
hamı bir yerdə “ouo+ouo”
hamı bir yerdə “ouo+ouo”

[nəqərat]
bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm

bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm
bil ki, səndən bir dənədir
bir dənədir, bir dənədir
sən mənim bir dənəmsən, bir dənəm

(rəqs et, amma, amma, amma utanma)



Random Lyrics

HOT LYRICS

Loading...